Maskın casus şəbəkəsi: Detektivlər, infraqırmızı kameralar və dronlarla...
Bizi izləyin

Dünya

Maskın casus şəbəkəsi: Detektivlər, infraqırmızı kameralar və dronlarla...

"Tesla" və "SpaceX"in qurucusu, "X" sosial media platformasının sahibi olan məşhur milyarder İlon Mask noyabrda ABŞ-da keçiriləcək seçkilər öncəsi ölkənin əsas simasına çevrilib.

Publika.az xəbər verir ki, məşhur milyarder ətrafındakı insanları izləmək üçün özəl detektivlərdən və müşahidə alətlərindən istifadə edir.

Britaniyanın “Dailymail” qəzetində yer alan məlumata görə, onun hədəfləri arasında Maskın keçmiş sevgilisi Ember Heard da var. İddialara görə, 2017-ci ildə cütlük birlikdə olarkən Maskın təhlükəsizlik komandası sevgilisinin hərəkətlərini izləmək üçün Avstraliyanın özəl araşdırma şirkəti ilə müqavilə imzalayıb.

Çoxu zabitlərdən ibarət komanda Heardı izləmək üçün infraqırmızı kameralar və dronlardan istifadə edib. Qeyd olunur ki, Mask Ember Heardın onu aldatmasından şübhələndiyi üçün sevgilisini həftələrlə nəzarətdə saxlayıb.

Maskın keçmiş sevgilisi Heard onun izlədiyi tək şəxs deyil. “Tesla”nın bir neçə keçmiş işçisi də izlənildiyini və telefonlarının sındırıldığını iddia edir.

“Tesla” hər hansı bir qeyri-qanuni nəzarətin mövcudluğunu qəti şəkildə inkar etsə də, işçilər günün 24 saatı nəzarətdə olduqlarını, hətta şəxsi e-poçtlarının və mətn mesajlarının oxunduğunu bildirirlər.

Aysel

Oxumağa davam et
Reklam
Reklam

Gündəm