İsrail ABŞ-a xəbərdarlıq etdi - İrandakı hərbi hədəflər vurulacaq
Bizi izləyin

Dünya

İsrail ABŞ-a xəbərdarlıq etdi - İrandakı hərbi hədəflər vurulacaq

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Co Bayden administrasiyasına İrana ediləcək mümkün hücum barədə məlumat verib.

Publika.az xəbər verir ki, İrandakı nüvə və neft obyektlərinə deyil, hərbi obyektlərə zərbə endirmək niyyətində olduqları bildirilib.

“The Washington Post“ qəzetinin mənbələrinə istinadən yaydığı məlumata görə, Netanyahu oktyabrın 9-da Baydenlə telefon danışığı zamanı İrandakı hərbi infrastrukturu hədəf almağı planlaşdırdığını deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm