Dünya
75 yaşlı Şəkəryan meşəyə getdi: Bütün Ermənistanda bu sistemi çökdürdü: Azərbaycanın da...
Gürcüstanda yaşayan bir qadın təsadüfən Ermənistanın bütün internet infrastrukturunu çökdürüb.
Publika.az Milliyet.com-a istinadən xəbər verir ki, 75 yaşlı Hayastan Şəkəryan adlı qadın meşədə ağac kəsmək istəyərkən yeraltı fiber optik kabeli zədələyib.
Ölkənin aparıcı internet provayderləri normal xidmət göstərməkdə çətinlik çəkib. Nəticədə, 5 saatlıq fasilə ilə 3,2 milyon insanın internetə çıxışının qarşısı alınıb. İrəvanda insanlar boş televiziya ekranlarına baxıb. Üstəlik, bu vəziyyət təkcə Ermənistana deyil, Gürcüstanın böyük bir hissəsinə və Azərbaycanın bəzi bölgələrinə də təsir edib.
Hayastan Şəkəryan hadisədən sonra belə açıqlama verib:
"Mən internetin nə olduğunu belə bilmirəm. Sadəcə meşədə odun kəsmək istəyirdim. Çox təəssüf edirəm və günlərdir ağlayıram ".
Şəkəryanın oğlu anasının dayanmadan ağladığını və onun günahsız olduğunu bildirib.
Kabelləri kəsməyə gücü belə çatmadığını deyən Şəkəryan hər müsahibəsində göz yaşlarına boğulub.
Gürcüstan Daxili İşlər Nazirliyinin sözçüsü Zura Qvenetadze isə hadisənin yerin altından mis çıxarıb satmağa çalışan 75 yaşlı qadının bilmədən etdiyi səhvin nəticəsində yarandığını vurğulayıb.
Qadın “əlavə ziyan vurmaq” ittihamı ilə üzləşib. 3 ilə qədər həbs cəzası istənilib. Lakin yaşının çox olması səbəbindən müvəqqəti olaraq azadlığa buraxılıb.
Gülnar
-
Sosial01:41
Mağazadan üç toyuq aldı, yarım kilosu buz çıxdı - ŞİKAYƏT / VİDEO
-
Region00:36
İranda məcburi hicaba etiraz edən tələbə qız SOYUNDU - VİDEO
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Mənasız məsələlər az sonra ciddiləşəcək
-
Region2 Noyabr 23:48
Türkiyə yenə SİLKƏLƏNDİ
-
Sosial2 Noyabr 22:24
Azərbaycanlı blogerdə xərçəng aşkarlandı - FOTO
-
İdman2 Noyabr 21:36
"Mançester Siti" sensasiyalı şəkildə MƏĞLUB OLDU
-
ABŞ2 Noyabr 21:00
Bu məktəbə süpürgəçinin adı verildi - FOTO
-
Elm və təhsil2 Noyabr 20:36
Bəzi müəllimlər cinsiyyətə aid dərsləri keçmirlər - SƏBƏB NƏDİR?