Rusiya Fridrix Merzə Hitler Almaniyasının taleyini xatırlatdı - HƏDƏ
Bizi izləyin

Dünya

Rusiya Fridrix Merzə Hitler Almaniyasının taleyini xatırlatdı - HƏDƏ

Rusiya Federasiya Şurasının üzvü Aleksey Puşkov öz Telegram kanalında Almaniya hökumətinin başçısı vəzifəsinə namizəd Fridrix Merzin Ukrayna Silahlı Qüvvələrinin uzaqmənzilli raketlərlə təchiz edilməsi imkanları ilə bağlı bəyanatını şərh edib.

Publika.az xəbər verir ki, rusiyalı deputat bildirib ki, alman siyasətçinin bu cür mülahizələri onun tarixi unutduğunu deməyə əsas verir.

“Biz Almaniyanın Rusiyaya hücumu zamanı nə baş verdiyini xatırlamalıyıq ki, bu, hakimiyyətə can atan siyasətçi üçün faydalıdır. Bu, onun beynini düzəltməyə kömək edər”, – deyə Puşkov sərt cavab verib.

O, həmçinin Merzi “Alman raketləri Rusiyaya düşərsə” ABŞ-ın köməyə gəlib-gəlməyəcəyi barədə düşünməyə çağırıb:

"Merz buna 100% əmindir? Yoxsa, başqa bir ssenarini təsəvvür etmək üçün təxəyyülü yoxdur?!"

Xatırladaq ki, bir müddət əvvəl Almaniya kansleri vəzifəsinə namizəd Fridrix Merz jurnalistlərlə söhbətində Ukraynaya uzaqmənzilli “Taurus” raketlərinin tədarükü ilə bağlı müsbət qərarın qəbul edilməsinə icazə verdiyini bildirmişdi.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm