Bayden və Şolts görüşü - Daha böyük fəlakətə yol açmamaq üçün...
Bizi izləyin

Dünya

Bayden və Şolts görüşü - Daha böyük fəlakətə yol açmamaq üçün...

Oktyabrın 18-də Berlində Almaniyanın Federal Kansleri Olaf Şolts ilə bu ölkədə səfərdə olan ABŞ Prezidenti Cozef Baydenin görüşü olub.

Publika.az xəbər verir ki, Kansler və Prezident görüşdən əvvəl mətbuata bəyanatlarla çıxış ediblər.

Son üç ildə Almaniya-ABŞ əməkdaşlığının qarşılıqlı etimada əsaslandığını qeyd edən Kansler Olaf Şolts Almaniyanın NATO-nun daha da güclənməsi üçün fəal çalışdığını bildirərək, Ukraynaya dəstəyin davam etdiriləcəyini diqqətə çatdırıb. O, beynəlxalq hüququn pozulmasının yolverilməzliyini və Ukraynanın fəal şəkildə dəstəklənməsinin vacibliyini qeyd edib.

Olaf Şolts, eyni zamanda, bu müharibənin daha böyük fəlakətə yol açmaması üçün NATO-nun müharibədə tərəf olmamasının təmin edildiyini vurğulayıb.

Kansler Yaxın Şərqdəki vəziyyətə də toxunaraq, gərginliyin daha da böyüməsinin qarşısının alınması məsələsində ABŞ Prezidenti ilə həmfikir olduqlarını qeyd edib.

Cozef Bayden Almaniyanın ABŞ-ın yaxın və mühüm müttəfiqi olduğunu bildirərək, Ukraynada davam edən müharibə fonunda bu müttəfiqliyin daha da önəmli olduğunu vurğulayıb. ABŞ Prezidenti Almaniyanın müdafiə xərclərini ümumi daxili məhsulun 2 faizinədək artırmasından məmnunluğunu ifadə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm