Hadisə
Azərbaycanda GÜCLÜ PARTLAYIŞ: 2 nəfər öldü, 4-ü xəsarət aldı - FOTO / VİDEO (YENİLƏNDİ)
Xəbər verildiyi kimi, Gəncə şəhəri, İsaq Cəfərov küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında baş vermiş partlayışla əlaqədar FHN-in Gəncə Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.
Publika.az xəbər verir ki, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən binanın dördüncü mərtəbəsində yerləşən mənzildə partlayış baş verdiyi və dağıntı yarandığı müəyyən edilib.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş operativ xilasetmə əməliyyatı sayəsində dağıntı altından dörd nəfər sağ çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.
Hadisə nəticəsində iki nəfər həyatını itirib.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
xxx
08:12
Gəncə şəhərində yaşayış binasında partlayış nəticəsində ölənlərin sayı iki nəfərə çatıb.
Publika.az "Report"a istinadla xəbər verir ki, hadisə şəhərin İsaq Cəfərov küçəsində yerləşən mənzillərin birində qeydə alınıb.
Hadisə zamanı həmçinin 6 sakin - 1991-ci il təvəllüdlü B.Orucov, 1999-cu il təvəllüdlü F.Yusifbəyli və daha üç nəfər xəsarət alıb.
Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.
Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
xxx
07:30
Gəncə şəhəri, İsaq Cəfərov küçəsində beşmərtəbəli yaşayış binasında partlayış baş verib.
Publika.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Gəncə Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Əlavə məlumat veriləcək.
xxx
Gəncə şəhərində yaşayış binasında partlayış nəticəsində bir nəfər ölüb.
Publika.az xəbər verir ki, hadisə şəhərin İsaq Cəfərov küçəsində yerləşən mənzillərin birində qeydə alınıb.
Hadisə zamanı bir qadın ölüb, daha 3 sakin - 1991-ci il təvəllüdlü B.Orucov, 1999-cu il təvəllüdlü F.Yusifbəyli və daha bir nəfər xəsarət alıb.
Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
-
Yaxın Şərq09:12
HƏMAS-ın öldürülən lideri Yəhya Sinvarın üzərindən görün hansı pasport çıxdı
-
Hadisə08:40
Azərbaycanda GÜCLÜ PARTLAYIŞ: 2 nəfər öldü, 4-ü xəsarət aldı - FOTO / VİDEO (YENİLƏNDİ)
-
Magazin108:24
Azərbaycanlı müğənni rəqsi ilə gündəm oldu - VİDEO
-
İdman04:44
"Uşağı itirmək, sonra onun oyuncaqlarına baxmaq ağrıdır" - Faciəni xatırladı
-
Magazin103:43
Oğlunun sürprizi Elçini kövrəltdi - VİDEO
-
İKT00:45
Azərbaycanın Müstəqilliyinin Bərpası Günü “Google"da - FOTO
-
Hadisə00:30
Xəzərdəki ardıcıl zəlzələlər təhlükənin xəbərçisidir? - Qurban Yetirmişli açıqladı / VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Onlar sizə zərər verə və nüfuzunuzu korlaya bilərlər