BRICS ilə əlaqələrin inkişafı Türkiyənin maraqlarına uyğundur - Ərdoğan
Bizi izləyin

Dünya

BRICS ilə əlaqələrin inkişafı Türkiyənin maraqlarına uyğundur - Ərdoğan

BRICS ölkələri ilə əməkdaşlığın inkişafı hər sahədə Türkiyənin maraqlarına uyğun gəlir.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada hökumət iclasından sonra keçirilən mətbuat brifinqində bildirib.

Türkiyə lideri Kazanda keçirilən BRICS-in XVI sammitində iştirakının nəticələrini dəyərləndirərək təşkilata üzv ölkələrin potensialına diqqət çəkib.

"Bu ölkələr planetin ərazisinin 30 faizini və dünya əhalisinin 45 faizini əhatə edir. Onlar dünya neftinin 40 faizini istehsal edir və dünya ticarətinin beşdə birinə töhfə verir. Əminəm ki, bundan sonra da iqtisadi inkişafı hədəfləyən Türkiyə üçün BRICS platforması böyük imkanlar açacaq,” – deyə Ərdoğan BRICS ölkələri ilə geniş əməkdaşlıq imkanlarının olduğunu vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm