Dünya
Avropada "qaz sobası" qətliamı: Görün hər il nə qədər insanı öldürür
Yeni elmi araşdırma hər il 40 min avropalının ölümünə qaz sobalarının səbəb olduğunu ortaya çıxarıb. Bu rəqəm avtomobil qəzaları nəticəsində ölənlərin sayından iki dəfə çoxdur.
Publika.az xəbər verir ki, sobalar buraxdıqları zəhərli qazlarla ürək və ağciyər xəstəliklərinə səbəb olsa da, mütəxəssislər bu problemin ciddiliyinin yetərincə başa düşülmədiyini bildirirlər.
İspaniyanın “Jaume I” universitetindən professor Xuana Maria Delqado-Saboritin rəhbərlik etdiyi araşdırma qaz sobalarının zərərli təsirlərinin düşünüldüyündən qat-qat ciddi olduğunu ortaya qoyur.
Böyük Britaniya və Avropa Birliyində aparılan araşdırmalara görə, qaz sobalarından atılan azot dioksid kimi zəhərli qazlar insan ömrünün iki ilini oğurlayır.
Elm adamları Avropa İttifaqında 36 min 31, İngiltərədə isə 3 min 928 vaxtından əvvəl ölümün birbaşa qaz sobalarından istifadə ilə bağlı olduğunu bildirirlər.
Avropa İctimai Sağlamlıq Alyansı (EPHA) siyasətçiləri qaz sobalarının risklərinə qarşı tədbir görməyə çağırır. EPHA-dan Sara Bertuççi qaz sobalarının təsirlərinin uzun müddətdir diqqətdən kənarda qaldığını və bu sobaların evləri siqaret tüstüsünə bənzər çirklənmə ilə doldurduğunu bildirir.
Roza
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”
-
Dünya11:02
Netanyahudan daha bir təhdid gəldi: Bütün Yaxın Şərq dərs alacaq
-
Sosial10:52
"Hər şey yaxşı olacaq" deyən bələdçinin meyiti tapıldı - VİDEO