Separatçılar Putini növbəti dəfə “ələ” verdi
Bizi izləyin

Dünya

Separatçılar Putini növbəti dəfə “ələ” verdi

Donetsk aeroportunu separatçılar və Rusiya hərbçilərdən müdafiə edən “kiborq”ların ələ keçirdiyi döyüşçü Moskvanı “ələ “ verib.

Publika.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, sorğu-suala tutulan separatçı onların bütün komandirlərin Moskvadan olduğunu bildirib.

Onun özü isə Donetskdəndir.

Xatırladaq ki, bu gün Ukrayna mediası Donetsk aeroportu uğrunda gedən döyüşlərdə Rusiya xüsusi təyinatlıları böyük itki verdiyini xəbər verib.

“Quldurlar Donetsk aeroportuna hücüm etməkdə davam edirlər. Hücuma Rusiya xüsusi təyinatlı dəstəsinin hərbçiləri cəlb edilmişdilər. Bizim uşaqlarımız rəqibin hücumunun növbəti dəfə dəf ediblər. Rəqib böyük itkilərlə geri çəkilib”, - məlumatda deyilirdi.

Kiyev və Qərbin iddialarına baxmayaraq, Moskva Rusiya hərbçilərinin Donbas hövzəsində olmadığını iddia edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm