İnsanlar səsvermə öncəsi ölüm təhdidləri alırlar - Moldovanın Baş naziri
Bizi izləyin

Dünya

İnsanlar səsvermə öncəsi ölüm təhdidləri alırlar - Moldovanın Baş naziri

“Moldova Respublikası görünməmiş bir hücumla üzləşib. Bütün ölkədə insanlar anonim zənglərlə ölüm təhdidləri alırlar”.

Publika.az xəbər verir ki, bunu Moldovanın Baş naziri Dorin Reçan söyləyib.

“Jurnalistlər, tanınmış şəxsiyyətlər və sadə vətəndaşlar təhdidlər alıblar”, - deyə Baş nazir əlavə edib.

Dorin Reçan əmin edib ki, dövlət orqanları asayişi və vətəndaşların təhlükəsizliyini təmin edəcək.

Qeyd edək ki, noyabrın 3-də Moldovada prezident seçkilərinin ikinci turu keçiriləcək. Moldovanın hazırkı prezidenti Maya Sandu və sosialist namizəd Aleksanda Stoyanoqlo prezident kürsüsü uğrunda mübarizə aparacaqlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm