Dünya
İtaliya su altında: 6 saata 6 ayın yağışı yağdı
İtaliyanı güclü yağışlar vurub.
Publika.az İtaliyanın "Cosenza" telekanalına istinadən xəbər verir ki, Toskana və Emiliya-Romanya bölgələrindən sonra Silisia su altında qalıb.
Giarre kommunasında cəmi 6 saat ərzində 400 mm yağış yağıb. Adətən bu miqdarda yağıntı altı ay ərzində düşür.
Telekanal qeyd edir ki, palçıq və su bölgəni “zəbt edib”. Sürüşmə ilə birləşən yağışlar şəhər küçələrini çaylara çevirir, maşınları, hətta qayıqları da aparır. Bundan başqa, futbol matçları da ləğv edilib.
Siciliyada daşqın yollara ziyan vurub və qəfil leysan dolu ilə müşayiət olunub. Fövqəladə hallar xidməti daimi hazırlıq vəziyyətindədir və itkilər barədə hələlik məlumat yoxdur.
Son 12 saat ərzində Siciliyaya təxminən 500 mm yağış yağıb.
Qeyd edək ki, oktyabrın sonunda İspaniya son 30 ilin ən böyük daşqınını yaşadı. Güclü yağışlar Valensiya muxtar icmasını və bir sıra digər əraziləri vurub.
Adəm
-
Magazin107:47Bir çay paketini neçə dəfə dəmləmək olar?
-
Magazin106:16Nanə uzun müddət sonra… - VİDEO
-
ABŞ05:45Gömrük rüsumları ABŞ-a görün nə qədər qazandırıb
-
Region01:41Ərdoğan Trampla hansı məsələləri müzakirə edib?
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onlar sizin tərəfinizdə olacaqlar
-
İdman27 Yanvar 23:48İtaliya klubu Maldininin oğlunu transfer etdi
-
Sosial27 Yanvar 23:00“Dedim, gəl toyu edək, qızı tapanda evlənərsən” - VİDEO
-
Sosial27 Yanvar 22:48Arvadını bıçaqlayan məhkəmə sədrinin oğlunun FOTOLARI








.jpg)






















.jpg)


