Dünya
Trampdan müharibəni dayandıracaq addım: Layihəyə "yaşıl işıq" yandırdı
ABŞ-ın 47-ci prezidenti seçilən Donald Trampın Livanda İsraillə "Hizbullah" arasında atəşkəs üçün hazırlanan layihəyə "yaşıl işıq" yandırdığı bildirilib.
Publika.az xəbər verir ki, bu barədə İsrailin dövlət televiziyası “KAN” məlumat yayımlayıb.
Qeyd olunur ki, Tramp noyabrın 10-da İsrailin strateji işlər naziri Ron Dermerlə görüşüb.
Trampa yaxın şəxslərin də qatıldığı görüşdə Livanda atəşkəsin əldə olunması da daxil olmaqla bir çox mövzunun müzakirə edildiyi vurğulanıb.
Görüşdə Dermer Livanda atəşkəsə nail olmaq üçün hazırlanan layihə haqqında Trampı məlumatlandırıb və o, layihəni bəyənərək “Livanla bağlı razılaşmanızı istəyirəm, heç bir etirazım yoxdur” deyib.
Bildirilib ki, ABŞ-ın Livandakı səfiri Liza Conson Vaşinqton tərəfindən hazırlanan və "Hizbullah" ilə İsrail arasında qarşıdurmanı dayandıracaq ilk atəşkəs layihəsini Livan parlamentinin sədri Nebih Berriyə çatdırıb.
Roza
-
ABŞ05:45Amerikalılar süni intellektdən imtina edir
-
Ekologiya02:19Günəşdə güclü PARTLAYIŞ oldu
-
Dünya01:40İki yüksək sürətli qatar relsdən çıxdı - Ölənlər və yarlananlar var
-
Avto01:20Güzəştin ləğvindən sonra maşın bazarında son qiymətlər - VİDEO
-
Qoroskop00:35Günün ulduz falı: Gözlənilməz xərclər ola bilər
-
Magazin118 Yanvar 23:35Arıqlama dərmanı içən Şəbnəm ölümdən döndü - Ürəyi getdi, ağzından köpük gəldi
-
Ekopublika.az18 Yanvar 22:56Bakının bu ərazilərindəki mənzillər rekord qiymətə satılır - Bir kvadratmetri 17 550 manata...
-
Hadisə18 Yanvar 21:45Bakının mərkəzində dönərxana YANDI - VİDEO/YENİLƏNDİ









.jpg)




.jpg)




.jpg)











