Sosial
Zaur 150-yə yaxın şəxsi belə aldadıb: Kiberpolisdən əməliyyat - VİDEO
Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə (KMBİ) sosial şəbəkələrdə müxtəlif şəxslərin profillərinin oxşarını yaradaraq onların dostluğunda olan vətəndaşlara banklar adından həqiqətə uyğun olmayan informasiyalar göndərilməsi və bu yolla çoxsaylı onlayn dələduzluqlar edilməsi barədə məlumatlar daxil olub.
Publika.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, həyata keçirilən əməliyyat-texniki tədbirlərlə qeyd edilən qanunsuz əməlləri törətməkdə şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş 23 yaşlı Zaur Teymurxanov kiberpolis tərəfindən saxlanılıb.
Araşdırmalarla müəyyən edilib ki, Z.Teymurxanov sosial şəbəkələrdə istifadəçilərin profil şəkillərini əldə edərək onların adlarına oxşar saxta hesablar yaradıb. Daha sonra həmin şəxslərin dost siyahısında olan istifadəçilərə yazaraq guya “bank kampaniyalarının keçirildiyi, yüksək məbləğdə pul mükafatı qazanmaq imkanı olduğu və kampaniyanın başa çatmasına az vaxt qaldığı” barədə mesajlar göndərməklə onların kart məlumatlarını əldə edib. Zərərçəkən şəxslər məlumatları və telefonlarına göndərilmiş “OTP” təhlükəsizlik kodlarını təqdim etdikdən sonra kartlardakı vəsait Z.Teymurxanov tərəfindən ələ keçirilib. O, sonradan şəxsiyyətini gizlətmək üçün taladığı pulları xarici onlayn alış-veriş resursları və elektron platformalara yönləndirib.
Araşdırmalarla Z.Teymurxanovun 150-yə yaxın vətəndaşa maddi ziyan vurduğu məlum olub.
Faktla bağlı Baş İdarədə cinayət işi başlanılıb, Z.Teymurxanov istintaqa cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Vətəndaşlara bir daha müraciət edilərək bildirilib ki, bank əməkdaşları və ya digər qurumlar tərəfindən heç bir halda kart məlumatları, “PIN, “OTP” və bu kimi digər təhlükəsizlik kodları tələb edilmir. Belə müraciətlərlə qarşılaşan şəxslərə dərhal əlaqəni dayandırmaq, mesajları cavabsız saxlamaq və polisə məlumat vermək tövsiyə olunur.
-
Magazin106:16"Birlikdə keçirdiyimiz son ad günü..." - FOTO
-
Avropa04:44Vens xanımı ilə Budapeştə gedir - Orbana dəstək verəcəklər
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya2 Aprel 22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial2 Aprel 21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu


































