Dünya
“İŞİD liderinin arvadı...” - YALAN
İraq hakimiyyəti “İslam Dövləti” (İŞİD) terror qruplaşmasının lideri Əbu Bəkr Əl-Bağdadinin arvadlarından birinin Livan hərbçiləri tərəfindən tutulması haqqında xəbərləri təkzib edib.
Publika.az xəbər verir ki, bu barədə Livanın “Daily Star” qəzeti yazıb.
İraq Daxili İşlər Nazirliyinin nümayəndəsi bildirib ki, onun məlumatlarına görə, Livanda Sadja Abdul Hamid ad-Dulaimi adlı qadın saxlanılıb. O, İraqın cənubunda terror aktlarının həyata keçirilməsində iştirak etmiş şəxsin bacısıdır. Məmur qeyd edib ki, İŞİD liderinin belə adda arvadı yoxdur.
Xatırladaq ki, dünən Livan ordusunun Əbu Bəkr Əl-Bağdadinin arvadı və oğullarından birini saxlaması barədə məlumat yayılıb. Onların saxta sənədlərlə Suriya sərhədini keçən zaman tutulduğu bildirilib. Həmçinin iddia olunurdu ki, İŞİD liderinin arvadı və oğlunun tutulması üçün Livan ordusuna xarici kəşfiyyatların nümayəndələri kömək ediblər.
Sonradan İŞİD liderinin ailə üzvləri ilə bağlı yeni məlumat yayılıb. Livanın "Əs-Səfir" qəzeti yazıb ki, həbs olunanlardan biri Bağdadinin oğlu deyil, qızıdır. Həmçinin qəzet İŞİD liderinin həyat yoldaşının adını da açıqlayıb. Qəzetin yazdığına görə, Saja Əl-Dolamı adlı qadın qızı ilə birlikdə 10 gün əvvəl Suriya sərhədində hərbçilər tərəfindən ələ keçirilib.
Ömər Dağlı
-
Magazin205:15
Madonna Braziliyanı "SİLKƏLƏDİ" - Çimərlikdə və şəhər küçələrində izdiham yaşandı
-
Səhiyyə04:14
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO