Dünya
Medvedevdən bu ölkə rəhbərlərinin taleyinə dair PROQNOZ - Ağır ifadələr
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün "Telegram" kanalında Fransa, Gürcüstan, Cənubi Koreya və Ukrayna liderlərinin taleyindən danışıb.
Publika.az xəbər verir ki, o ilk olaraq Fransa liderindən başlayıb.
Medvedev hökumət böhranından çıxa bilməyən və prezident postundan getməli olan Makronu “zəif” adlandırıb.
"Zəif. ABŞ-ın dəstəyinə güvənir, gələcək taleyi məlum deyil", - deyə keçmiş Rusiya prezidenti deyib.
Cənubi Koreya lideri Yoon Sok Yeolu da tənqid edən Medvedevin sözlərinə görə, o, ölkəsindəki siyasi böhranlardan çıxa bilməyib.
“Cənubi Koreya prezidenti Yoon Sok Yeol getməlidir. O, parlamentin ləğv etdiyi hərbi vəziyyət elan edib və istefasını tələb edib. Xain ABŞ-ın dəstəyinə güvənir, gələcək taleyi məlum deyil”, - Medvedev yazıb.
Bundan əlavə, siyasətçi Vladimir Zelenskinin taleyini proqnozlaşdırıb. O, Ukrayna prezidentinin sürgün və ya “ictimai edam” olacağını proqnozlaşdırıb.
Medvedevin fikrincə, Gürcüstan prezidenti Salome Zurabişvili mandatı başa çatdıqdan sonra getməli, lakin bunu etmək istəməyən “axmaqdır”.
Adəm Abbaslı
-
ABŞ05:45Amerikalılar süni intellektdən imtina edir
-
Ekologiya02:19Günəşdə güclü PARTLAYIŞ oldu
-
Dünya01:40İki yüksək sürətli qatar relsdən çıxdı - Ölənlər və yarlananlar var
-
Avto01:20Güzəştin ləğvindən sonra maşın bazarında son qiymətlər - VİDEO
-
Qoroskop00:35Günün ulduz falı: Gözlənilməz xərclər ola bilər
-
Magazin118 Yanvar 23:35Arıqlama dərmanı içən Şəbnəm ölümdən döndü - Ürəyi getdi, ağzından köpük gəldi
-
Ekopublika.az18 Yanvar 22:56Bakının bu ərazilərindəki mənzillər rekord qiymətə satılır - Bir kvadratmetri 17 550 manata...
-
Hadisə18 Yanvar 21:45Bakının mərkəzində dönərxana YANDI - VİDEO/YENİLƏNDİ









.jpg)




.jpg)




.jpg)











