Dünya
Kim Çen In və Putin arasında razılaşma qüvvəyə mindi: əgər hücum olarsa...
Şimali Koreya və Rusiya əməkdaşlıqda yeni dövrə qədəm qoyub.
Publika.az xəbər verir ki, Şimali Koreya administrasiyasından verilən açıqlamada, iyun ayında Rusiya ilə imzalanan və tərəflərdən birinə xaricdən hücum zamanı qarşılıqlı yardımı ehtiva edən Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişinin rəsmi olaraq qüvvəyə mindiyi bildirilib.
Qeyd olunub ki, Şimali Koreya xarici işlər nazirinin müavini Kim Çen Gyu və Rusiya xarici işlər nazirinin müavini Andrey Yuryeviç Rudenko Moskvada sazişin ratifikasiya sənədlərini mübadilə ediblər:
“Bu, ikitərəfli əlaqələri yeni bir strateji ölçüyə daşıyacaq. Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişinə əsaslanan güclü Şimali Koreya-Rusiya münasibətləri iki ölkə xalqlarının rifahını dəstəkləyəcək. Regional vəziyyəti yüngülləşdirəcək və beynəlxalq strateji sabitliyə zəmanət verən güclü təhlükəsizlik mexanizmi rolunu oynayacaq”, - deyə bəyanatda bildirilir.
Qeyd edək ki, Şimali Koreya lideri Kim Çen In və Rusiya prezidenti Vladimir Putin ötən ilin iyununda Şimali Koreyanın paytaxtı Pxenyanda görüşərək Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi imzalayıblar.
Aysel Şahmar
-
Sosial14:00Pensiya alanlara şad xəbər
-
Dünya13:50İki ölkə arasında müharibə başladı
-
İdman12:50Vernidub gələr-gəlməz "Neftçi"dən tələb etdi: Onu gətirin - FOTO
-
İdman11:48Türkiyəli dizayner "Qarabağ" üçün yeni loqo təklif etdi: Elə yox, belə olsun - FOTOLAR
-
Rəsmi xronika11:23Prezident qəbul keçirdi - FOTO
-
Region11:00Paşinyan: Cəhənnəmdən keçib gəldik - Bu, həm Ermənistan, həm də Azərbaycan üçün...
-
Dünya10:06Sülh olmayacaq: Zelenski "torpaq verilməyəcək" dedi
-
Ekologiya09:12Bu ərazilərə qar yağır - FAKTİKİ HAVA



























.jpg)







