Ermənistanda 18 aydı maaşlar verilmir
Bizi izləyin

Dünya

Ermənistanda 18 aydı maaşlar verilmir

İrəvanda “Nairit” zavodunun yüzlərlə işçisi zavodun inzibati binası önündə etiraz aksiyası keçirirlər.

Publika.az-ın məlumatına görə, aksiya iştirakçıları Direktorlar Şurasının iclasının çağrılmasını və əmək haqqı üzrə 18 aydan bəri yığılıb qalan maaşlarının ödənilməsini tələb edirlər.

Etirazçılar, tələbləri yerinə yetirilməzsə, zavodun yaxınlığından keçən prospektdə yol hərəkətini kəsməklə hədələyirlər. Yaxınlıqda toplaşan çoxsaylı polis əməkdaşları aksiyaya mane olmur.

Daha əvvəl, cümə axşamı zavodun min nəfərə yaxın işçiləri Ermənistan prezidentinin iqamətgahı qarşısında etiraz aksiyası keçirib. Etiraz iştirakçıları zavodun əmək haqqı üzrə borcunun 15 milyon dollar təşkil etdiyini deyirlər.

Bundan başqa, yeni il ərəfəsində işçilər gələn ilin fevral ayından ixtisar ediləcəkləri haqda bildirişlər almağa başlayıb. Fevralın 6-dan sonra zavodun 2100 işçisindən 1500 nəfəri ixtisar edilməlidir.

Etiraz iştirakçılarının 4 nəfərdən ibarət nümayəndə heyəti prezident administrasiyasının rəhbəri ilə görüşüb, öz tələblərini yazılı surətdə təqdim ediblər.

İşçilərə yeni ilədək biraylıq maaşlarının veriləcəyindən başqa vədlər verilməyib.

Cümə günü zavodun Direktorlar Şurasinin iclası çağırılmadı. Etirazçılar isə aksiyalarını bazar ertəsi davam etdirəcəklərini bəyan etdilər.

“Nairit” zavodunun əməkdaşları 2012-ci ildən mütəmadi etiraz aksiyaları keçirirlər. Keçmişdə böyük tələbatı olan xloropren kauçuku istehsal edən zavod son illər ciddi problemlərlə üzləşib. Bir neçə dəfə zavod sahibkarları dəyişib.

Hazırda Rhiniville Property Limited şirkətinə məxsus olan zavod istehsal etdiyi məhsula tələbat azaldığına görə 2008-ci ildən istehsalatını dayandırıb.

2009-cu ildə yenidən işə başlayıb, lakin 1 il fəaliyyət göstərdikdən sonra dayanıb.

Bu ilin əvvəlində Ermənistan hökuməti zavodu qoruyub saxlamaq üçün Rusiyanın “Rosneft” şirkətilə danışıqlar aparıldığını bəyan etmişdi. Lakin sentyabrda Ermənistan energetika naziri “Rosneft”in zavoda sərmayə qoymaq planlarından xəbərsiz olduğunu deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm