Dünya
Türkiyə üçün vacib xəbər: ABŞ-la anlaşdı, “Qazprombank” sanksiyalardan azad edildi
Türkiyə ABŞ-ın “Qazprombank”a qarşı sanksiyalarından azad edilib.
Publika.az xəbər verir ki, Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar bəzi məhdudiyyətlərə əməl etməmək icazəsi barədə danışıb.
Onun sözlərinə görə, Türkiyə Rusiya qazının pulunu “Qazprombank” vasitəsilə ödəməyə davam edə bilər. Türkiyə rəsmisi bunu Energetika Nazirliyi və Dövlət Departamentindən olan amerikalı həmkarları ilə görüşdən sonra bəyan edib.
Noyabrın sonunda ABŞ Rusiyanın bir sıra kredit təşkilatlarına qarşı bloklayıcı sanksiyalar tətbiq edib. 50-dən çox bank yeni məhdudiyyətlərə məruz qaldı, o cümlədən “Qazprombank”.
Türkiyəli siyasətçinin sözlərinə görə, “Qazprombank” vasitəsilə ödəniş icazəsi olmadan ölkə Rusiya Federasiyasından enerji resursları üçün ödəniş edə bilməyəcəkdi.
Eyni zamanda, Rusiyanın enerji resursları qaz istehlakının 40 faizini, neftin isə yarısını təmin edir. Bayraktar bu vəziyyətin Türkiyə üçün böyük problemlər vəd etdiyinə diqqət çəkərək, mümkün istisnalardan danışaraq, İranla bağlı presedentləri xatırladıb.
Kreml ABŞ-ın “Qazprombank”a qarşı sanksiyalarını Rusiya qazının Avropaya tədarükünün qarşısını almaq cəhdi kimi qəbul etdiyinə aydınlıq gətirib və cavab tədbirləri görəcəyini vəd edib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov qazın ödənişi ilə bağlı vəziyyətin həll olunacağını bildirib və bunun “bir qədər vaxt apara biləcəyini” etiraf edib.
Tural
-
ABŞ05:45Amerikalılar süni intellektdən imtina edir
-
Ekologiya02:19Günəşdə güclü PARTLAYIŞ oldu
-
Dünya01:40İki yüksək sürətli qatar relsdən çıxdı - Ölənlər və yarlananlar var
-
Avto01:20Güzəştin ləğvindən sonra maşın bazarında son qiymətlər - VİDEO
-
Qoroskop00:35Günün ulduz falı: Gözlənilməz xərclər ola bilər
-
Magazin118 Yanvar 23:35Arıqlama dərmanı içən Şəbnəm ölümdən döndü - Ürəyi getdi, ağzından köpük gəldi
-
Ekopublika.az18 Yanvar 22:56Bakının bu ərazilərindəki mənzillər rekord qiymətə satılır - Bir kvadratmetri 17 550 manata...
-
Hadisə18 Yanvar 21:45Bakının mərkəzində dönərxana YANDI - VİDEO/YENİLƏNDİ









.jpg)




.jpg)




.jpg)











