Dünya
Suriyanın yeni müdafiə nazirindən kürd terrorçularına ULTİMATUM
Xəbər verdiyimiz kimi, Murhaf Əbu Kəsra Suriyanın keçid hökumətində yeni müdafiə naziri olub.
Publika.az xəbər verir ki, Əbu Həsən əl-Həmavi kimi tanınan Əbu Kəsra Əsədi devirən hərbi əməliyyatlara rəhbərlik edən “Heyəti Təhriri əl-Şam”ın (HTŞ) yüksək vəzifəli şəxslərindən biridir.
Vəzifəsinə təyin olunduqdan sonra ilk müsahibəsini verən Kəsra sözün əsl mənasında PKK/YPG/SDQ terror təşkilatına ultimatum verib:
“Biz kürd xalqı ilə SDQ arasında fərq qoyuruq. Kürd xalqı da Suriya xalqının bütün digər komponentləri kimi tam hüquqlarını alacaq. Amma heç bir parçalanma, federalizm və ya buna bənzər layihələr olmayacaq. Suriya vahid olaraq qalacaq”.
Xatırladaq ki, Suriyanın yeni administrasiyasının faktiki lideri Əhməd əl-Şaraa (Əbu Məhəmməd əl-Culani ləqəbi ilə tanınır) şənbə günü silahlı qruplarla görüşündə yeni Suriyada hərbi qurumun necə formalaşacağını müzakirə edib.
Suriyanın yeni administrasiyasının baş naziri Məhəmməd əl-Bəşir bu həftə müdafiə nazirliyinin Əsəd ordusunu tərk etmiş keçmiş qruplar və zabitlərdən istifadə etməklə yenidən strukturlaşdırılacağını bəyan edib.
Roza
-
Dünya15:27
Əsədə Moskvada zülm edilir? - Kremldən CAVAB
-
Sosial15:06
“Lukoil”dən ŞOK ETİRAF: Benzinə su qarışıb
-
Region14:06
Türk dövlətlərinin ortaq xəritəsi hazırlanır - BELƏ OLACAQ
-
Sosial13:48
Xanım jurnalistə vəzifə verildi - FOTO
-
ABŞ12:46
ABŞ-dan Türkiyəyə qarşı təxribat: Görün PKK-ya nə göndərdilər
-
Sosial12:09
Aliment borcu bu hallarda silinə bilər - RƏSMİ
-
Kriminal11:30
“Qızımı öldürməzdən əvvəl “semiçka” da almışdı ki, yeyib-içəcəyik” - VİDEO
-
Region10:42
İstanbul sahillərində mina aşkarlandı - Hansı ölkənin əməlidir?