Sosial
Hisə verilən qəsəbə - Xəzər rayonunda sakinləri tüstüdən kimlər boğur? - VİDEO
Xəzər rayonu, Binə qəsəbəsi, Bolluq yaşayış massivində yerləşən Mübariz İbrahimov adına idman kompleksinin 100 metrlik yaxınlığında zibillər ərazidən aparılmır. Elə həmin əraziyə boşaldılır və oradaca yandırılır.
Bu barədə redaksiyamıza sakinlər tərəfindən videogörüntü göndərilib. Onlar uzun müddətdir yandırılmış zibil qoxusundan nəfəs ala bilmədiklərini qeyd ediblər.
Sakinlərin sözlərinə görə, dəfələrlə bu barədə aidiyyəti qurumlara müraciət etsələr də, rəsmi orqanlar “bizim ərazi deyil” deməklə kifayətlənirlər. Beləcə, indiyədək sakinlərin şikayətinə baxan, problemi həll edən olmayıb.
Publika.az məsələyə aydınlıq gətirmək üçün rəsmi qurumlarla əlaqə saxlamağa çalışsa da, qəsəbənin bələdiyyə sədri və Xəzər Rayon İcra Hakimiyyətinin Binə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən zənglərimizə cavab verən olmadı.
Gülnar Süleymanova
-
Sosial14:16Azərbaycanda bu şəxslər 5 il tez təqaüdə çıxacaqlar
-
Sosial11:36Əhaliyə pis xəbər: Bu ildən...
-
Sosial09:10Pensiyalar bu tarixdən artımla veriləcək
-
Region09:00İranda etirazçılar Quranı yandırdılar
-
Cənubi Qafqaz08:48Bu dəfə "Cənubi Qafqaz lideri" Ermənistan oldu
-
Magazin208:24Aktyor Tommi Li Consun qızı ölü tapıldı
-
Ekologiya07:17Bu gün sulu qar yağacaq - PROQNOZ
-
Magazin106:16"Bəzi "əyrimçələr" ailəmi dağıtmağa çalışırlar"

















.jpg)

.jpg)




.jpg)







