Dünya
Bütün hazırlıqlar görülübmüş: Əsəd xalqa bu xəbəri elan edəcəkdi - Yeni detallar
“New York Times” qəzeti Bəşər Əsədin Rusiyaya qaçmasının təfərrüatlarını yazıb.
Publika.az xəbər verir ki, Suriya yeni dövrə qədəm qoyarkən, Əsədin devrilməsindən əvvəlki son günləri ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb.
İddiaya görə, rejim devrilmədən öncə Əsəd tərəfdarları 13 illik vətəndaş müharibəsinə sülh yolu ilə son qoyulacağına ümid edərək danışığa hazırlaşıblar. Lakin işlər gözlənildiyindən başqa cür cərəyan edib.
Dekabrın 8-də Əsədin prezident sarayında media ofisində çıxış etməsi üçün bir gün əvvəldən hazırlıq görülüb. Hətta prezident sarayında kameralar və işıqlar quraşdırılıb. Suriyanın dövlət televiziyası Əsədin hakimiyyəti siyasi müxalifət üzvləri ilə bölüşmək planını açıqlayacağı çıxışını yayımlamağa hazır olub.
Lakin devrilmiş lider hamını aldadıb. Əsəd gecə saatlarında gizli şəkildə Moskvaya uçaraq Dəməşqi tərk edib. Rusiyaya qaçan devrilmiş lider ölkəsini o qədər gizli tərk edib ki, getməsindən bir neçə saat sonra bəzi köməkçiləri sarayda onun çıxışını gözləyirmiş.
Hesabatda, həmçinin Əsədin ətrafındakılara heç nə hiss etdirmədiyi vurğulanıb. Devrilmiş lider Dəməşqi tərk edərkən qohumlarına və həyat yoldaşının ailəsinə belə məlumat verməyib.
Roza
-
Banklar 07:35Bu ölkədə UNO xəbərdarlığı edildi - Hazırlaşın!
-
Magazin107:15Safurə həyat yoldaşının ad gününü belə qeyd etdi - VİDEO
-
ABŞ05:45Amerikalılar süni intellektdən imtina edir
-
Ekologiya02:19Günəşdə güclü PARTLAYIŞ oldu
-
Dünya01:40İki yüksək sürətli qatar relsdən çıxdı - Ölənlər və yarlananlar var
-
Avto01:20Güzəştin ləğvindən sonra maşın bazarında son qiymətlər - VİDEO
-
Qoroskop00:35Günün ulduz falı: Gözlənilməz xərclər ola bilər
-
Magazin118 Yanvar 23:35Arıqlama dərmanı içən Şəbnəm ölümdən döndü - Ürəyi getdi, ağzından köpük gəldi









.jpg)





.jpg)



.jpg)












