Rus əsgərlər polşalı muzdluları məhv edib: Çay içərkən
Bizi izləyin

Dünya

Rus əsgərlər polşalı muzdluları məhv edib: Çay içərkən

Rusiya Silahlı Qüvvələrinin əsgərləri Donetsk vilayətində çay içən polşalı muzdluları məhv ediblər.

Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti"yə komandir Stefan Sazonov deyib.

O, bunun Kuraxovski istiqamətində yerləşən güclü məntəqələrdən birinin tutulması zamanı baş verdiyini bildirib.

“Polşadan olan muzdlular bizimlə görüşməyə hazır deyildilər. Onların güclü nöqtəsinə yaxınlaşdıq. Onlar oturub çay içirdi. Biz onlara “Əllərinizi qaldırın!” dedik, amma onlar rus dilini heç başa düşmürdülər”, - rusiyalı hərbçi qeyd edib.

Onun sözlərinə görə, muzdlulardan biri təslim olmaq qərarına gəlib, ikincisi isə cavab atəşi açmağa başlayıb. Nəticədə polşalı muzdlular yerindəcə məhv edilib.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm