Yaxın Şərq
Rusiya S-400-ləri çıxardı, bu ölkənin səması üzərində nəzarəti itirdi
Bəşər Əsədin devrilməsindən sonra Rusiya S-400 və S-300 zenit-raket sistemlərinin bir hissəsini Suriyadan çıxarıb.
Publika az xəbər verir ki, "Forbes" nəşri bu geri çəkilmənin Rusiyanın təxminən on il ərzində mübahisəli Suriya hava məkanında hansı ölkələrin fəaliyyət göstərə biləcəyini müəyyən etməkdə böyük rol oynadığı bir dövrün sonu olduğuna işarə edib.
“The Wall Street Journal”ın məlumatına görə, Rusiya Federasiyası S-400 və S-300-ləri Suriyadan yük təyyarələri ilə Liviyanın şərqindəki bazalara daşıyıb.
S-400-lərin Suriyada saxlanması artıq Rusiyanın strateji maraqlarına cavab vermir, çünki Əsədin devrilməsindən sonra onların təhlükəsizliyi sual altındadır.
Xatırladaq ki, Rusiya 2015-ci ildə Əsəd rejimini dəstəkləmək üçün Suriya vətəndaş müharibəsinə müdaxilə edərkən Latakiyadakı Xmeymim aviabazasında qırıcı-bombardmançı təyyarələrini yerləşdirib. Həmçinin S-400-ləri Xmeymimdə yerləşdirərək Suriya üzərində hava hücumundan müdafiə sistemini əhəmiyyətli dərəcədə genişləndirib.
Akqabay
-
Sosial02:12“Bakıda oğluma dəstək olmaq əvəzinə, divan tutdular” - Qənirə Ataşova
-
Magazin201:11Türkiyədə elə pozalar verdi ki... - FOTO
-
Art00:15Xalq artistinin səhhətində problem yarandı - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Onlar həyatınıza girə bilərlər
-
Nəqliyyat18 İyun 22:35İldırımlı havaya görə AZAL-ın bu uçuşları LƏĞV OLUNDU
-
Magazin218 İyun 22:12Ali Ağaoğlu 72 yaşında 6-cı dəfə ata olacaq
-
Magazin218 İyun 21:00Türkiyədə daha 8 məşhurun BAŞI DƏRDDƏ
-
Sosial18 İyun 19:24Sabiq başçının oğluna aldığı "Range Rover" BU QİYMƏTƏ SATILDI




































