Sosial
Əxlaqsızlığı təbliğ edən şoular burada təşkil edilirmiş - ŞOK DETALLAR
"TikTok” sosial şəbəkəsində əxlaqsızlığı təbliğ edən şəxslərin müəyyən edilməsi ilə bağlı əməliyyat tədbirləri davam edir.
Publika.az Musavat.com-a istinadla xəbər verir ki, Azər İsmayılovun təşkil etdiyi əyləncə yarışında iştirak edən şəxslərin saxlanılmasından sonra bir neçə tiktoker də saxlanılıb. Onlar da öz hesablarında cəmiyyətdə birmənalı qarşılanmayan müxtəlif hərəkətlər edərək baxış sayları ilə diqqət mərkəzinə düşməyə çalışırdılar. Artıq bu kimi əməlləri törədən bir neçə sosial şəbəkə istifadəçiləri hesablarını bağlayıb.
Xatırladaq ki, vətəndaşların narazılığına səbəb olan “emin_resad” və “azerzahid6669966” adlı istifadəçilər tərəfindən tiktokerlərin iştirakı ilə təşkil olunan yarışmalarda baş verənlər canlı yayımlanıb.
Cəmiyyətdə birmənalı qarşılanmayan bu hərəkətlərlə bağlı aparılan araşdırmalar çərçivəsində ötən gün “emin_resad” adlı “TikTok” səhifəsinin idarəçiləri- Abdullayev Emin və Rəşad qardaşları, “azerzahid6669966” adlı səhifənin idarəçisi Azər İsmayılov və digərləri polis əməkdaşları tərəfindən saxlanılıblar.
Hazırda bu istiqamətdə araşdırmalar davam etdirilir və başqa saxlanılanların da olduğu bildirilir.
Əldə etdilən məlumata görə Azər İsmayılov bu cür yarışları daha əvvəl də Binəqədi rayonu, 7-ci mikrorayon, S. S. Axundov küçəsində yerləşən çoxmərtəbəli binadakı mənzilində təşkil edirmiş. Daha əvvəl də “Təkərdə şou” adı altında bu cür yarışmalar təşkil edən Azər İsmayılovla bina sakinləri arasında bir neçə dəfə mübahisələr yaranıb. Onun bu cür hərəkətlərindən çoxsaylı şikayətlər olub. A.İsmayılova polis əməkdaşları tərəfindən bir neçə dəfə də xəbərdarlıq edilib. Amma bu xəbərdarlıqlara məhəl qoymayıb.
-
Magazin104:14Toy, yas, sosial media... - Rəqsanənin hər addımı izlənəcək
-
Region03:43Məhkəmə digər qadınların şəkillərini bəyənən əri BELƏ CƏZALANDIRDI
-
Yaxın Şərq01:41Livan ABŞ-dan kömək istədi - Nə baş verir?
-
Qoroskop00:00Günün ULDUZ FALI - Romantik jest sizi sevindirəcək
-
Sosial20 Noyabr 23:48Sığınacaqda qalan daha bir yeniyetmənin HƏYATI TƏHLÜKƏDƏ: Axtarışlar başladı
-
ABŞ20 Noyabr 23:00Tramp Oval kabinetdə Ronaldo ilə “futbol oynadı” - MARAQLI VİDEO
-
Sosial20 Noyabr 22:36Aytən Səfərovanın 11 mini necə yoxa çıxıb? - “Caspian International”da QALMAQAL
-
İdman20 Noyabr 22:00Aktürkoğlunun BAŞI DƏRDDƏ - "Sehrli çubuq" onu məhkəməlik etdi / FOTO



































