Dünya
ABŞ-da etirazlar davam edir: 20 nəfər həbs olunub
ABŞ-da silahsız qaradərili gənci öldürən ağ polis zabiti barəsində Andlılar Məhkəməsinin heç bir ittiham irəli sürməməsinə etiraz əlaməti olaraq nümayişlər davam edir.
Publika.az xəbər verir ki, dünən və bu gün nümayişçilər Nyu-York, Vaşinqton, Çikaqo, Detroyt, Los Anceles, Hyuston və Sietl da daxil olmaqla, ABŞ böyük şəhərlərində küçələrə çıxıb. Nümayişçilər böyük mağazaların döşəmələrinə uzanaraq "ölümü" canlandırıb və yolları bağlayıblar.
Kaliforniya ştatının Berkli şəhərində nümayişlər zorakı xarakter alıb. Polislə qarşıdurma yaradan maskalı etirazçılar bəzi mağazaların şüşələrini sındırıblar. İnsident zamanı iki tranzit dayanacaq da fəaliyyətini dayandırıb.
Nyu-Yorkda da polis işçilərinin azlıqlara qarşı zorakılığına etiraz olaraq keçirilən nümayişlər beşinci gündür davam edir. Şənbə günü polis zabiti tərəfindən keçən ay qətlə yetirilmiş qara dərili şəhər sakininin dəfn mərasimi olub. Noyabrın 20-də polis zabiti üzərində silah olmayan 28 yaşlı Akay Qurleyi güllə ilə vurub öldürüb. Bruklin dairəsinin vəkili Andlılar Məhkəməsinin Piter Lianqa qarşı ittiham irəli sürülməsini nəzərdən keçirir.
Nyu-York şəhər rəsmiləri nümayişlər zamanı 20 nəfərin həbs edildiyini bildirib. Nümayişçilərin əsas küçələrdən birini bağlamağa cəhd göstərdikləri və ictimai asayişi pozduqlarına görə həbs edildiyi deyilir.
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO
-
Sosial5 May 22:25
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
-
Magazin15 May 22:00
Ədalət Şükürovun qızının toyundan GÖRÜNTÜLƏR - VİDEO
-
Sosial5 May 21:48
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - FOTO
-
Magazin25 May 21:24
Cennifer Lopez ictimaiyyət qarşısına elə libasda çıxdı ki... - FOTO/VİDEO