Dünya
Yunanıstanda 4 günlük matəm elan edildi
Yunanıstanda keçmiş baş nazir Kostas Simitisin vəfatı ilə əlaqədar 4 günlük milli matəm elan edilib.
Publika.az xəbər verir ki, dünyasını dəyişən 88 yaşlı Simitisin dəfn xərcləri dövlət büdcəsindən qarşılanacaq.
Mərasim yanvarın 9-da yerli vaxtla saat 12:00-da keçiriləcək. Simitis üçün elan edilən milli matəmlə əlaqədar bütün dövlət qurumlarında bayraqlar 4 gün ərzində yarıya qədər endiriləcək.
Qeyd edək ki, bu gün səhər saatlarında təcili yardım maşını ilə Korintos xəstəxanasına aparılan Simitisin həyatını xilas etmək mümkün olmayıb.
1936-cı ildə anadan olan Simitis Yunanıstanda dəfələrlə hakimiyyətdə olan PASOK-un qurucu üzvlərindən biri olub. Simitis PASOK hökuməti dövründə dəfələrlə nazir vəzifəsində çalışsa da, 1996-2004-cü illərdə həm partiya lideri, həm də baş nazir vəzifələrini icra edib.
Aysel Şahmar
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Uğur qazana bilərsiniz
-
Rəsmi xronika00:10
Prezident Fransa ilə bağlı heç vaxt danışılmayan məsələyə toxundu
-
İdman7 Yanvar 22:50
Braziliya klubu "Sevilya”nı ŞOK MƏBLƏĞLƏ SUSDURDU - Juninyo uğrunda mübarizə şiddətlənir
-
Hadisə7 Yanvar 22:12
Bakı metrosunda HƏYƏCANLI ANLAR - Sərnişin relslərin üstünə yıxıldı və...
-
Sosial7 Yanvar 20:53
Bakıda 10000 manat pul tapıldı - Polis sahibini axtarır
-
İdman7 Yanvar 20:36
Millimizin futbolçusu Avropanın ən yaxşısı seçildi
-
Magazin17 Yanvar 20:24
Nigardan Aygün Bəylərlə bağlı paylaşım - VİDEO
-
ABŞ7 Yanvar 20:12
Bu dəfə təyyarənin şassisində iki nəfərin MEYİTİ TAPILDI