Nida Təhlil
Əliyev İranla gələcək münasibətlərin şərtini diktə edir – iki mühüm mesaj
İrandan Azərbaycana qarşı növbəti anti-təbliğat hücumu gözləniləndir. Bunun səbəbləri – Suriyada məğlubiyyət, “müqavimət oxu”nun dağılması və Tehran rejiminin daha öncə də istifadə etməyə çalışdıqları “hədəf dəyişdirmə” taktikası – haqda yazmışdıq. Ərdəbildə Xameneinin “əyalət mollası” Amelinin rəhbərliyi ilə təşkil edilən son hadisə bunun anonsu hesab edilə bilər.
Prezident İlham Əliyevin yerli televiziyalara müsahibəsində dedikləri də əslində hadisələrin mümkün inkişafını qabaqlamaq gedişidir. Və həm daxili auditoriyaya, həm də İrana ünvanlanan açıq mesaj xarakteri daşıyır.
- İranın Qarabağ müharibəsi və sonrasında Azərbaycana qarşı düşmən hərəkətlərini detallı şəkildə açıqlamaqla ictimaiyyətə bu ölkənin gerçək simasını – məqsədini göstərir və cənubdan mümkün informasiya, xüsusilə dini müstəvidə, hücumlarını öncədən neytrallaşdırır;
- İrana “heç nəyi unutmadığımızı”, eyni siyasət – ritorika təkrarlanacağı təqdirdə, adekvat addımların atılacağının mesajını verir;
Bu, həm də İranın yeni hakimiyyətinə - Pezeşkiana real vəziyyəti çatdırmağa hesablanıb. Çünki İrandan Azərbaycana qarşı hücumları əsasən mühafizəkarlar – SEPAH qanadı təşkil edib. Əliyev səfirliyimizə qarşı terror aktının təşkil edildiyini və terrorçunun cəzalandırılmadığını vurğulamaqla, eləcə də eləcə də “əyalət mollası” (Ameli) haqda dedikləri ilə yeni hakimiyyətə münasibətlərin perspektivinin haradan keçdiyini göstərir:
- Terror aktının arxasında İran isteblişmenti dayanır: terrorçu ilə bağlı verilən edam hökmü icra edilməlidir;
- Ərdəbildə təşkil edilən “təhqir şəbihi”nin təşkilatçı yenə İran siyasi-hərbi elitasıdır: Ameli cəzalandırılmalı və təhqir-təhdid siyasətinə son qoyulmalıdır;
Əks təqdirdə, İranla münasibətlərin perspektivi dumanlı olacaq. Və buna görə günahkar Bakı yox, Tehranın özü – onun seçimləridir. Əliyev əslində İran ətrafında cəmbərin daraldığı vaxt Azərbaycanın şərtlərini diktə edir.
Asif Nərimanlı
-
Magazin121:12
Azərin yas mərasimində bəzi gözlədiyim simalar yox idi... - İlkin Həsəni
-
MDB21:05
Rusiya hücum etdi: ölü və yaralı sayı artdı - Zaporojyedən dəhşətli FOTOLAR/YENİLƏNDİ
-
Sosial20:10
Boşanmaq istəyənlər bunları bilməlidir - Azərbaycanda YENİ QAYDALAR
-
Sosial19:20
Azərbaycanda çoxmərtəbəli binalarda yaşayanların NƏZƏRİNƏ! - VİDEO
-
Dünya18:30
Daha bir təyyarə Aktauya məcburi eniş etdi - Nə baş verib?
-
Dünya17:10
“Casuslar” yollarda: şəxsi məlumatlar ələ keçirilir - Maşını belə qəzaya uğradırlar
-
Dünya16:35
İranın paytaxtı köçürülür
-
Sosial16:03
Əli Əsədov yeni qərarlar imzaladı