Türkiyənin Hələbdəki Baş konsulluğu bu tarixdə fəaliyyətə başlayacaq
Bizi izləyin

Dünya

Türkiyənin Hələbdəki Baş konsulluğu bu tarixdə fəaliyyətə başlayacaq

12 illik fasilədən sonra ötən ay Türkiyənin Dəməşqdəki səfirliyi açıldı. Hələbdəki Baş konsulluğumuz isə yanvarın 20-də fəaliyyətə başlayacaq.

Publika.az xəbər verir ki, bunu xarici işlər naziri Hakan Fidan Türkiyədə səfərdə olan Suriyadakı yeni hökumətin xarici işlər naziri Əsaad Həsən əl-Şibani ilə mətbuata birgə açıqlamasında deyib.

Yeni Suriyada PKK/YPG və İŞİD kimi terror təşkilatlarına yer olmadığını vurğulayan Hakan Fidan Suriya hakimiyyətinə İŞİD-lə mübarizə mövzusunda əməliyyat dəstəyi təklif etdiklərini deyib.

"Kəşfiyyat məlumatlarının paylaşılmasından hərbi iştiraka qədər bu sahədəki imkanlarımızı istifadə etməyə hazırıq. Yeni hökumətin terrorla mübarizə sahəsindəki əzmkarlığından məmnunuq", - deyə H.Fidan vurğulayıb.

Xatırladaq ki, Suriyadakı yeni hökumətin xarici işlər naziri Əsaad Həsən əl-Şibaninin rəhbərlik etdiyi yüksəksəviyyəli nümayəndə heyəti Türkiyədə səfərdədir. Əsaad Həsən əl-Şibani Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla da görüşüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm