Sosial
İlham Əliyev iki fərman imzaladı

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Braziliya Federativ Respublikasının Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu təsdiq edib.
Publika.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.
Xatırladaq ki, sənəd 2024-cü il sentyabrın 13-də Kuyaba şəhərində imzalanıb.
Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Kənd Təsərrüfatı Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Braziliya hökumətinə bildiriş göndərməlidir.
xxx
Prezident İlham Əliyev Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) Nizamnaməsinin təsdiq edilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında fərman imzalayıb.
Publika.az xəbər verir ki, fərmanla dövlət başçısının 2024-cü il 7 noyabr tarixli fərmanı ilə təsdiqlənmiş AZCON-un idarəetməsinə veriləcək dövlət müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin siyahısı”nda nəzərdə tutulan dövlət müəssisələri Holdinqin strukturuna daxil edilib.
Fərmanın müddəaları AZCON-un öz əmlakına və onun idarəetməsinə verilmiş dövlət müəssisələrinə, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinə və publik hüquqi şəxslərə münasibətdə Holdinqə tətbiq edilmir.
Nazirlər Kabineti, eləcə də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi fərmandan irəli gələn məsələləri həll etməlidir.

-
Hadisə10:48
Ucarda 14 avtomobilin iştirakı ilə qəza: ölən və xəsarət alanlar var - YENİLƏNDİ
-
Avropa09:00
Ukrayna ABŞ-ın ZƏİF DAMARINI TUTDU - Yumurta verək, silah verin
-
Magazin108:36
Dostları onun həyatından danışdılar: "Bir gün zəng gəldi..." - VİDEO
-
Magazin206:16
Hadisə açıq-saçıq libasda elə pozalar verdi ki... - FOTO
-
Dünya05:15
85 yaşlı qadın öz dəfn mərasimində AYILDI
-
Magazin203:43
Ayden Şener bu qərarına görə PEŞMAN OLUB: "Təklifləri qəbul etmədim"
-
Magazin103:13
Kənan ailə qurur - Qız toyundan FOTOLAR
-
Sosial00:30
Məryəm Ələkbərli qəfil öldü - FOTO