Dünya
Maskın yeni layihəsi bütün məxfi məlumatları toplayacaq
Donald Tramp hökumətində nazir vəzifəsini icra edəcək milyarder İlon Maskla İtaliya hökuməti arasında strateji saziş imzalanacaq.
Publika.az xəbər verir ki, bununla bağlı ABŞ-da yerləşən qlobal kibertəhlükəsizlik xəbər orqanı “C4ISRnet” məlumat yayıb.
Şirkətin ABŞ ordusundan əldə etdiyi məlumata görə, müqaviləyə əsasən, İtaliya hökuməti gizli hökumət rabitəsini həyata keçirmək üçün Maskın “Starlink” peyk rabitə sistemindən istifadə edəcək.
Meloni və Mask razılaşdı
İtaliyanın Baş naziri Corciya Meloni də bəyan edib ki, hökumət şifrəli və gizli rabitə üçün İlon Maskın peyk rabitə sistemindən istifadə edəcək. O bildirib ki, dövlət sektorunda “Starlink”in üstün texnologiyasına alternativ ola biləcək başqa bir sistem yoxdur.

Qeyd olunur ki, "Starlink" sistemi İtaliyanın hər yerində, həm də xaricdəki diplomatik və hərbi nümayəndəlikləri üçün kosmosda peyklərlə şifrələnmiş və gizli hökumət rabitə kanalları yaradacaq.
Gizli “HALO” layihəsi
Texniki detalları son dərəcə məxfi saxlanılan “HALO” adlı hökumət layihəsi çərçivəsində xüsusi məlumat təminatçısı və paylayıcı funksiyasını yerinə yetirəcək 27 kiçik peyk də kosmosa göndərilib. 2026-cı ilin sonuna kimi 150 kiçik peykin orbitdə olacağı, 1000 döyüş təyyarəsinin isə layihənin məlumat bazasını daşıyacaq proqram sistemləri ilə təchiz edilməsi nəzərdə tutulur.

"HALO" layihəsinin çox məxfi saxlanmasının başqa bir səbəbi isə sözügedən sistemin NATO-ya üzv ölkələrin hərbi, kəşfiyyat, ictimai və hökumət rabitə peyklərinə qoşulma və anında məlumat toplama gücünə malik olmasıdır.
Sistemin bu xüsusiyyəti sayəsində heç bir hökumət, kəşfiyyat və ya hərbi əlaqə gizli qalmayacaq, bütün məlumatlar ABŞ-ın əlində olacaq.
Roza
-
Sosial17:53Əli Əsədov sərəncam imzaladı
-
Rəsmi xronika17:43Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM
-
Nida Xəbər 17:30Prezidentə yalan deyilib: Ramiz Mehdiyev onların adını siyahıdan çıxarıb
-
İnanc17:042025-ci il başa çatır: Nostradamus və Vanqanın proqnozları doğruldu?
-
Sosial16:40Anasının kartındakı pulları oğurlayıb arvadına göndərdi - FOTO
-
Sosial16:22Müəllimlər üçün yeni mobil tətbiq istifadəyə verildi
-
Sosial15:40Əli Kərimli ilə bağlı qərar verildi
-
Nida Xəbər 15:02Təkcə neft yox, başqa məhsullar da: İrəvan Bakıya bu icazəni verməli olduğunu bildirdi



















.jpg)










.jpg)







