İdman
"Qarabağ" hansı halda pley-offa yüksələcək? - Bu komandalardan ikisi xal itirsə...
“Qarabağ” Azərbaycan futbolu tarixində növbəti tarixə uğura imza ata bilər. Ağdam klubu UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlməyə olduqca yaxındır. "Köhlən atlar" son turda - yanvarın 28-də "Liverpul"un qonağı olacaq. Komanda bu görüşdə məğlub olsa belə, "ilk 24-lüy"ə düşə bilər.
Hazırda Azərbaycan çempionu 10 xalla 18-ci pillədə qərarlaşıb. İngiltərə nəhəngi ilə görüşdə qazanılacaq 1 xal digər oyunların nəticələrindən asılı olmayaraq, “Qarabağ”ın pley-offa yüksəlməsi ilə nəticələnəcək. Məğlubiyyət halında digər matçların nəticəsini gözləməli olacağıq.
Məğlubiyyət halında daha 3 komandanın uğursuzluğunu arzulamalı olacağıq. Onlardan birinin büdrəyəcəyi dəqiqdir, qalır ikisi…
“Kayrat”, “Vilyarreal”, “Slaviya”, “Ayntraxt”, “Ayaks”, “Union”, “Pafos”, “Benfika” və “Bodo Qlimt”in “Qarabağ”a çatmaq şansı yoxdur. Deməli, yarışla vidalaşacaq 12 komandadan 9-u bunlar arasından seçiləcək. Ağdamlılar daha 3 komandadan üstün olmalıdır ki, yoluna davam etsin.
“Qarabağ” üçün təhlükə mənbəyi olan komandalar:
“Brügge” – 7 xal (top fərqi -5): son turda Marsel “Olimpik”ini qəbul edəcək
“Kopenhagen” – 8 xal: son turda “Barselona”ya qonaq olacaq
“Napoli” – 8 xal: son turda “Çelsi”ni qəbul edəcək
“Olimpiakos” – 8 xal: son turda “Ayaks”a qonaq olacaq
“Atletik” – 8 xal: son turda “Sportinq”i qəbul edəcək
PSV – 8 xal: son turda “Bayern”i qəbul edəcək
“Monako” – 9 xal (top fərqi -6): son turda “Yuventus”u qəbul edəcək
“Bayer Leverkuzen” – 9 xal (top fərqi -4): son turda “Vilyarreal”ı qəbul edəcək
“Marsel” – 9 xal (top fərqi 0): son turda “Brügge”nin qonağı olacaq
Top fərqi -2 olan “Qarabağ”ı üstələmək üçün 3 komandaya heç-heçə də bəs edə bilər. 6 komanda isə mütləq qələbə qazanmalıdır. “Brügge” ilə Marsel “Olimpik”inin bir-birini üstələməli olduğunu nəzərə alsaq, digər rəqiblərdən ikisinin maksimum nəticəyə imza atmaması ağdamlılar üçün kifayətdir. “Barselona” evində uduzacaqsa, “Bayern” xalsız qalacaqsa, “Çelsi”, “Ayaks”, “Sportinq” və “Yuventus”un hamısı məğlubiyyət alacaqsa, “Qarabağ” üçün ÇL-də mübarizə bitəcək. Amma bütün bunların baş verməsi sensasiya olar. Ona görə də yuxarıda sadaladığımız komandalardan cəmi ikisinin büdrəməsi təmsilçimiz üçün yetərlidir.
Heybət
-
İdman11:24UEFA "Qarabağ"a neçə milyon ödəyib? - AFFA AÇIQLADI
-
Köşə09:12Azərbaycanda məmurdan sensasion etiraf: Tapşırıqla...
-
Avropa08:48Şahzadə Harri qadın jurnalistə görün nə yazıb - İlk görüşdən sonra...
-
Magazin106:16"Birlikdə keçirdiyimiz son ad günü..." - FOTO
-
Avropa04:44Vens xanımı ilə Budapeştə gedir - Orbana dəstək verəcəklər
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu






.jpg)






.webp)





















