Yaxın Şərq
Kreml üçün kritik günlər: Bu ölkə Rusiyaya vaxt qoydu - Qoşunlarını çıxarır?
Suriya keçid hökuməti Rusiya qoşunlarından ölkədəki üç hərbi bazadan birini - Suriyanın şimalındakı Qamışlı şəhərində yerləşən aerodromu tərk etmələrini istəyə bilər.
Publika.az xəbər verir ki, bu barədə vəziyyətlə tanış olan Suriya mənbəsi “Kommersant” nəşrinə açıqlama verib.
Mənbənin sözlərinə görə, Qamışlının yerləşdiyi Həsəkə əyalətinin kürdlərin nəzarətindən çıxaraq mərkəzi hökumətin tabeliyinə keçməsindən sonra aerodromun statusu ilə bağlı danışıqlara başlanıla bilər. Bildirilir ki, yanvarın 20-si axşam saatlarında Dəməşq kürd komandirlərinə Həsəkənin vahid dövlət strukturlarına dinc şəkildə inteqrasiyası üçün plan hazırlamaq məqsədilə dörd gün vaxt verib.
“Kommersant”ın mənbəsinə görə, Suriya tərəfi məsələni mümkün qədər sərt formada qoya və Rusiya qüvvələrinin Qamışlıdan tam çıxarılmasını tələb edə bilər. Bu yanaşma bölgədə dəyişən hərbi-siyasi vəziyyət və xarici oyunçuların rolunun azalması ilə əlaqələndirilir.

Mənbə xüsusilə əvvəllər Suriyanın şimal-şərqində hərbi mövcudluq nümayiş etdirən, lakin sonradan fəaliyyətini azaldaraq kürdlərə əvvəlki dəstəyindən imtina edən ABŞ-ı nümunə göstərib.
Keçid hökumətinin ordusu yanvarın 17-də on ildən artıqdır ki, Həsəkə, Deyr əz-Zor və Rakka bölgələrinə nəzarət edən kürd qüvvələrinə qarşı hərbi əməliyyatlara başlayıb. Təxminən iki gün davam edən qarşıdurmalardan sonra rəsmi Dəməşq ölkənin bu hissəsinə tam nəzarəti ələ keçirdiyini bəyan edib. Bununla belə, döyüşlər əsasən kürd ittifaqının mövqelərini qorumağa çalışdığı Həsəkə ətrafında davam edib.
Səudiyyə Ərəbistanının “Əş-Şərq Əl-Əvsət” qəzetinin mənbələrinə görə, Həsəkədəki vəziyyət yanvarın 19-da Dəməşqdə Suriya Demokratik Qüvvələrinin komandanı Məzlum Əbdi ilə müvəqqəti prezident Əhməd Əl Şaraa arasında keçirilən danışıqların əsas mövzusu olub. Bildirilir ki, görüş nəticəsiz başa çatıb və bundan sonra Dəməşq bölgəni güc yolu ilə nəzarətə götürməklə hədələyib.
Yanvarın 20-si axşamı Suriya hökuməti kürd qüvvələri ilə ilkin razılaşmalar əldə olunduğunu elan edib. Razılaşmaya əsasən, alyansın bütün hərbi və təhlükəsizlik strukturları Suriya Daxili İşlər və Müdafiə nazirliklərinə inteqrasiya ediləcək. Kürd tərəfinə hökumət qüvvələrinin vilayətin əsas şəhərlərinə daxil olmayacağı və kənarda qalacağı vəd olunub. Eyni zamanda, Məzlum Əbdinin müdafiə nazirinin müavini vəzifəsinə namizəd irəli sürə biləcəyi və Həsəkənin gələcək qubernatorunun seçilməsində iştirak edəcəyi, lakin vilayətin Suriya yurisdiksiyasına veriləcəyi qeyd olunub.
Rusiya Qamışlı aerodromuna 2019-cu ildə daxil olub. Həmin dövrdə Moskvanın obyekti idarə etmək üçün hərbi polis bölmələri, hava hücumundan müdafiə sistemləri və zirehli texnika yerləşdirdiyi bildirilirdi. Bu missiyaya Türkiyənin 9 oktyabr 2019-cu ildə kürdlərə qarşı başlatdığı əməliyyatdan sonra atəşkəsin təmin olunması da daxil idi.

22 oktyabr 2019-cu il tarixli memorandum əsasında Rusiya kürd döyüşçülərinin Türkiyə sərhədindən 30 kilometr geri çəkilməsinə və sərhəd zonasında Türkiyə ordusu ilə birgə patrul xidmətlərinə nəzarət öhdəliyini üzərinə götürüb.
Rusiya hərbi polisi 8 dekabr 2024-cü ildə Dəməşqdə hakimiyyət dəyişikliyindən sonra da Qamışlı bölgəsində qalıb.
Ekspertlərin fikrincə, Suriyada hakimiyyət dəyişikliyindən sonra Qamışlı aerodromu Rusiya qüvvələrinin və texnikasının Rusiya və Liviyaya təxliyəsi üçün istifadə edilə bilərdi. Obyekt həmçinin Xmeymim aviabazasına alternativ logistika mərkəzi, Afrikaya tranzit uçuşlar üçün baza və Türkiyə ilə kürd qüvvələri arasında gərginliyin azaldılması platforması kimi nəzərdən keçirilirdi.
Bununla yanaşı, regional rəqabət və Suriya Demokratik Qüvvələrinə artan təzyiqlər fonunda Moskvanın vasitəçi rolunu itirdiyi və ölkənin şimalındakı hərbi mövcudluğunun tam məhdudlaşdırıla biləcəyi vurğulanır.
Hazırda Qamışlı aerodromu ilə yanaşı, Rusiyanın Suriyadakı əsas hərbi obyektləri Latakiya əyalətindəki Xmeymim aviabazası və Tartus şəhərində yerləşən dəniz-logistika bazasıdır.
Akqabay
-
Dünya10:47Bu iki ölkə Türkiyə ilə müharibəyə hazırlaşır: 3,5 milyardlıq sistem yerləşdirirlər
-
İdman10:18"Qarabağ" hansı halda pley-offa yüksələcək? - Bu komandalardan ikisi xal itirsə...
-
Nida Xəbər 09:54Prezidentin gəlini də Davosdadır - FOTO
-
Elm və təhsil09:18Bu şəxslərin təhsil haqqını dövlət qarşılayacaq
-
İdman09:12Bəhlul Mustafazadə tarixə düşdü
-
ABŞ08:49Tramp 2026-cı ilin sonuna qədər bu ölkənin prezidentini devirəcək
-
ABŞ06:16Gözü göyərib? - Tramp Makronun eynək taxmasını ələ saldı
-
Qoroskop01:40Günün ulduz falı: Maliyyə baxımından yüksəliş dövrü başlayır


























.jpg)











