Dünya
Bu nəhəng ölkə Trampın hədəfində: Ələ keçirsə, bütün qitəni itirəcək
Xəbər verdiyimiz kimi, ABŞ prezidenti Donald Tramp Meksikada kartellərlə mübarizə aparacağını, sərhəd divarını genişləndirəcəyini və ölkədən gələn mallara əlavə rüsumlar tətbiq edəcəyini bəyan edib.
Publika.az xəbər verir ki, “Haber Global”a danışan meksikalı politoloq Rafael Floresin sözlərinə görə, bütün Latın Amerikası Trampa qəzəblidir.
Professor bildirib ki, Trampın siyasəti Vaşinqtona “bütün Mərkəzi Amerikanın itirilməsi” bahasına başa gələcək. Onun sözlərinə görə, münasibətlər daha da pisləşəcək.
Beləsi heç vaxt görülməyib
Rafael Flores qeyd edib ki, Donald Trampın prezident kimi ilk dövründə ABŞ və Meksika arasında münasibətlər böyük itkilərə məruz qaldı: “Tramp NAFTA üzvü olan Meksika ilə həmsərhəd 4 ştatda divarlar tikərkən, Meksika xalqının ləyaqətini təhqir edən çoxsaylı açıqlamalar da verib. O, Meksikaya investisiya yatıran şirkətləri hədələyib və nəticədə meksikalıların 70 faizi Tramp haqqında mənfi düşünməyə başlayıb. Meksikanın yüksək rütbəli məmurları Tramp dövründə bir çox ortaq görüşləri ləğv ediblər”.
Vəziyyət daha da pisləşəcək
“Trampın yeni prezidentliyi dövründə ikitərəfli münasibətlərin daha da pisləşəcəyi aydındır. Prezident seçkiləri kampaniyası zamanı Meksikadan gələn bütün məhsullara 25 faizlik rüsum tətbiq edəcəyini açıqlayan Tramp, immiqrasiya dalğalarına son qoymaq istəyir. ABŞ açıq şəkildə Meksika ilə qarşı-qarşıya gəlsə, Vaşinqton bütün Mərkəzi Amerikanı itirə bilər. Meksikanın bütün Latın Amerikası ölkələri və Karib hövzəsinin ada dövlətləri ilə də çox güclü əlaqələri var. Donald Tramp başa düşmür ki, Meksika hökumətini və xalqını öz üzərinə götürməklə Latın Amerikasında zəncirvari reaksiyaya səbəb ola bilər”
Latın Amerikasında xəyal qırıqlığı
“Latın Amerikası ölkələri arasında üç əsas beynəlxalq müqavilə var. Bunlar strateji tərəfdaşlıq, ticarət və təhlükəsizlik sazişləri xarakteri daşıyır. Hazırda bütün Mərkəzi və Cənubi Amerika ölkələri 19-cu əsrin ABŞ-ını Donald Tramp dövründə görür. Amerika qitəsini öz arxa bağçası kimi görən, hər cür siyasi, hərbi və ticari müdaxilənin qanuni ola biləcəyini düşünən imperialist dövrünün ABŞ-ı Trampla yenidən insanların yaddaşından canlanır. Bu məyusluq həm də bütün qitəni Çin və ya Rusiya kimi xarici güclərin təsirinə açıq qoyur. Trampın hazırkı siyasəti ABŞ-a və Amerika ölkələrinə bütün aspektlərdə itkilər verən strategiyadır”, - professor bildirib.
Roza Şəfiyeva
-
MDB01:21
Təyyarədə İNANILMAZ HADİSƏ - Bu dəfə körpə dünyaya göz açdı
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verə bilər ki...
-
Dünya28 Yanvar 23:24
Bu hava limanında təyyarə od tutub yandı - VİDEO
-
Hadisə28 Yanvar 22:48
Ağır qəzada həlak olan vəzifəli şəxsin FOTOSU
-
ABŞ28 Yanvar 22:36
Melaniya Tramp yeni imici ilə TƏƏCCÜBLƏNDİRDİ - FOTO
-
Magazin128 Yanvar 22:24
"Avroviziya 2025" mahnımız bu tarixdə TƏQDİM OLUNACAQ
-
Hadisə28 Yanvar 21:48
İslam Qəriblinin biznesmen oğlunun meyiti TAPILDI - Üzərində külli miqdarda PUL OLUB
-
Magazin128 Yanvar 20:36
“Yuxarıdakı güclər mənimlə ünsiyyət qururlar” - VİDEO