Tramp səfər edəcəyi ilk ölkənin adını AÇIQLADI
Bizi izləyin

ABŞ

Tramp səfər edəcəyi ilk ölkənin adını AÇIQLADI

ABŞ prezidenti Donald Tramp Böyük Britaniyanın baş naziri Keir Starmerə tərif yağdırıb.

Publika.az xəbər verr ki, “İnterfaks” Trampın sözlərindən sitat gətirib:

"Onun baxışları mənimkindən bir az fərqlidir, lakin mən hesab edirəm ki, o, çox yaxşı insandır və indiyə qədər çox yaxşı iş görüb".

Tramp Starmerlə yaxşı münasibət qurduğunu və tezliklə onunla telefonla danışacağını bildirib.

O, Britaniyanın səfər edəcəyi ilk ölkə ola biləcəyini qeyd edib. Bununla belə, bu ölkənin Səudiyyə Ərəbistanı ola biləcəyini də istisna etməyib. ABŞ lideri xatırladıb ki, daha öncəki prezidentlik dövründə Səudiyyə Ərəbistanı ABŞ-dan 450 milyard dollarlıq mal almağa razılaşdığı üçün bu ölkəyə gedib.

Ləman

Oxumağa davam et
Reklam
Reklam

Gündəm