Tarix
Tarix muzeyindən qədim qızıl dəbilqə oğurlandı
Oğrular Niderlandın Assen şəhərində Drents muzeyinə partlayıcı qurğu vasitəsilə daxil olaraq 2400 il yaşı olan qədim Kotofeneşti dəbilqəsini və 4 əntiq qızıl əşyanı oğurlayıblar.
Publika.az xəbər verir ki, oğurlanan əşyalar arasında üç ədəd qızıl spiralvari bilərzik və Rumıniyanın Milli Tarix Muzeyi tərəfindən təqdim edilən nadir dəbilqə olub.
Hadisə yerinə gələn Assen polisi muzey yaxınlığında yanan avtomobil aşkar edib. Ehtimal edilir ki, avtomobil oğrular tərəfindən istifadə edilib. İstintaqa İnterpol cəlb edilib, polis isə kamera görüntülərini araşdırır.
Drents muzeyinin baş direktoru Harri Tupan hadisəni muzeyin tarixində “qara gün” adlandırıb. Onun sözlərinə görə, muzeyin 170 illik tarixi ərzində buna bənzər hadisə baş verməyib.
Qeyd edilir ki, oğurlanan dəbilqə 1927-ci ildə Rumıniyada kəndlərdən birində uşaq tərəfindən aşkar edilib. Uşaq əşyanı oyuncaq və su qabı kimi istifadə edib və bu da onun zədələnməsinə səbəb olub.
-
Yaxın Şərq02:12Əbu-Dabi görüşünü növbəti raundu ilə bağlı qərar verildi
-
Avropa00:45Rusiyaya casusluq edən ABŞ əsgəri bu ölkədə yaxalandı - İttiham
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz xoş xəbərlər ala bilərsiniz
-
Magazin110 Noyabr 23:12Biotin qəbul edənlərə çağırış - VİDEO
-
Sağlamlıq10 Noyabr 21:48Acı qəhvənin sirri: Beyin və bağırsaq arasındakı gizli əlaqə deşifrə edildi
-
Nida Xəbər 10 Noyabr 21:36Türk düşməni, xain Gergerlioğlu savadsızlığı ilə özünü necə ifşa edir?
-
İdman10 Noyabr 21:24FIFA prezidentinin başı dərddə - ABŞ Konqresinə çağırıla bilər
-
Magazin210 Noyabr 20:12“Eşref Tek” ən çox ona güvənəcək - FOTO




















.png)





.jpg)











