Avropa
İtaliyanın Baş naziri barəsində istintaq başladı
İtaliyanın Baş naziri Corciya Meloni və Nazirlər Kabinetindəki bir sıra şəxslər barəsində istintaq başlayıb.
Bu barədə Publika.az xarici mətbuata istinadən xəbər verir.
Qeyd edilir ki, Baş nazirlə yanaşı, ədliyyə naziri Karlo Nordio, daxili işlər naziri Matteo Pyantedozi, Nazirlər Kabinetinin katibi Alfredo Mantofano barəsində istintaq aparılır. Buna səbəb Beynəlxalq Cinayət Məhkəməsinin həbsinə order verdiyi liviyalı yüksək rütbəli hərbçi Üsamə Əlməsri Njimin İtaliyada saxlanılması və sonra sərbəst buraxılmasıdır.
Meloni cinayətdə iştirak və dövlət vəsaitlərini mənimsəmək ittihamı ilə istintaqa cəlb olunduğunu deyib. "Şantaja boyun əyməcəyəm, təhdid edilməyimə imkan verməyəcəyəm. Bəlkə də buna görə İtaliyanın dəyişməsini və yaxşılaşmasını istəməyənlər məni sevmirlər", - Baş nazir deyib.
Beynəlxalq Cinayət Məhkəməsinin insanlığa qarşı cinayətdə ittiham etdiyi Üsamə Əlməsri Njim ötən həftə Turində saxlanılıb, lakin sonra azad edilib və İtaliyaya məxsus təyyarə ilə Liviyaya göndərilib. İstintaqın bu qərardan şikayət edən vəkil Luigi Li Qotti tərəfindən başladıldığı güman edilir. ("Report")
-
Hadisə08:30
Qəzada ölən İcra Hakimiyyəti əməkdaşının FOTOSU
-
ABŞ08:10
Sərnişin təyyarəsi helikopterlə toqquşub çaya düşdü: cəmi 4 nəfər sağ çıxdı - VİDEO
-
Digər07:15
Yerə asteroid düşə bilər - Bu tarixdə
-
Qoroskop00:55
Günün qoroskopu: Yeni maliyyə fürsətləri araşdırmaq üçün əla vaxtdır
-
Nida Xəbər 00:15
Seçkilərin ilkin nəticələri açıqlandı - Video
-
Hadisə00:05
Azərbaycanda icra hakimiyyətinin əməkdaşı ailəsi ilə birgə həlak oldu - FOTO/YENİLƏNDİ
-
İdman29 Yanvar 23:10
Qurban Qurbanov: Bəxtim onda gətirib ki…
-
Ekologiya29 Yanvar 22:26
Bakıya qarın yağmamasının SƏBƏBİ BİLİNDİ