Türkiyəli nazir: Suriya 269 məhsulun gömrük rüsumlarını azaldıb
Bizi izləyin

Dünya

Türkiyəli nazir: Suriya 269 məhsulun gömrük rüsumlarını azaldıb

Türkiyənin ticarət naziri Ömər Bolat Suriyanın un, yumurta və qarğıdalı da daxil olmaqla 269 məhsula gömrük rüsumunu azaltdığını bildirib.

Publika.az xəbər verir ki, nazir bu barədə Ümumdünya Gömrük Günü mərasimindəki çıxışında bildirib.

"Ölkəmizlə Suriya arasında Azad Ticarət Müqaviləsinin yenidən canlandırılması və Suriyanın bəzi məhsullar üçün gömrük rüsumlarının nəzərdən keçirilməsi ilə bağlı razılıq əldə olunub", - deyə Bolat vurğulayıb.

Qeyd edək ki, Türkiyənin Ticarət Nazirliyinin nümayəndə heyəti bu yaxınlarda Dəməşqdə rəsmilərlə görüşüb və 11 yanvar 2025-ci il tarixindən etibarən Suriya tərəfinin bütün ölkələrə və bütün sərhəd qapılarına bərabər tətbiq etdiyi gömrük rüsumlarının müəyyən məhsullar üçün yenidən qiymətləndirilməsi qərara alınıb.

Danışıqlar zamanı, həmçinin 2011-ci ildə dayandırılmış Türkiyə-Suriya Azad Ticarət Müqaviləsinin (STA) daha əhatəli iqtisadi tərəfdaşlıq yanaşması ilə yenidən canlandırılması üçün danışıqlara başlanması razılaşdırılıb.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm