Bu ölkə Trampın bütün şərtlərini qəbul etdi: bundan sonra...
Bizi izləyin

Dünya

Bu ölkə Trampın bütün şərtlərini qəbul etdi: bundan sonra...

Kolumbiyanın qeyri-qanuni miqrantları daşıyan ABŞ təyyarələrinin enişinə icazə verməməsi ilə iki ölkə arasında yaranan gərginlik aradan qaldırılıb.

Publika.az xəbər verir ki, məsələ ilə bağlı Ağ Ev məlumat yayıb.

“Kolumbiya hökuməti ABŞ hərbi təyyarələrinin və Birləşmiş Ştatlardan geri qaytarılan bütün qeyri-qanuni mühacirlərin heç bir məhdudiyyət olmadan qəbulu da daxil olmaqla, Trampın bütün şərtlərini qəbul edib”, - açıqlamada bildirilir.

Həmçinin Kolumbiyaya gömrük rüsumları və sanksiyalar tətbiq edəcək qərarların razılaşmaya əməl ediləcəyi təqdirdə imzalanmayacağı və ehtiyatda saxlanacağı qeyd olunub:

“Bu gün baş verənlər Amerikaya yenidən hörmət edildiyini bütün dünyaya açıq şəkildə göstərir. Prezident Tramp ABŞ-da qeyri-qanuni olan vətəndaşların deportasiyasını qəbul etmək məsələsində dünyanın bütün ölkələrindən tam əməkdaşlıq gözləyir”.

Qeyd edək ki, Kolumbiyanın xarici işlər naziri Luis Gilberto Murillo və Kolumbiyanın ABŞ-dakı səfiri iki hökumət arasında diplomatik nota mübadiləsinə səbəb olan razılaşmaları izləmək üçün yaxın günlərdə Vaşinqtona səfər edəcəklər.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm