Dünya
İran təkzib etdi: Tehran Vaşinqtonla əlaqə saxlamayıb
Prezident Donald Tramp vəzifəyə gəldikdən sonra İran ABŞ-da yeni administrasiya ilə kommunikasiya mübadiləsi aparmayıb.
Publika.az xəbər verir ki, bu barədə İranın nazir müavini Məcid Taxt-Rəvançi İSNA agentliyinə müsahibəsində bildirib.
“Hər hansı kommunikasiya kanalları haqqında danışmaq hələ tezdir, baxmayaraq ki, İsveçrənin Tehrandakı səfirliyi vasitəsilə mesaj mübadiləsi üçün rəsmi kanal mövcuddur, bundan sonra da mövcud olacaq”, - deyə Rəvançi qeyd edib.
O əlavə edib ki, tərəflər arasında Maskat vasitəsilə əlaqə kanalının bağlanmasına baxmayaraq, İran və ABŞ arasında mesajlar ötürən başqa ölkələr də var.
Qeyd edək ki, 2024-cü ilin may-oktyabr aylarında İran və ABŞ Omanın vasitəçiliyi ilə dolayı danışıqlar aparıblar və bu danışıqlarda birtərəfli Amerika sanksiyalarının ləğvi, eləcə də Tehranın nüvə proqramı müzakirə edilib. Lakin oktyabrın 14-də İran hakimiyyəti Yaxın Şərq regionundakı vəziyyətlə əlaqədar danışıqları dayandırıb.
Məlumatda İranın xarici işlər naziri Abbas Əraqçinin fikri də xatırladılır: "İran öz vətəndaşlarının və milli maraqlarının qorunmasında heç bir güzəştə getməyəcək".
Adəm Abbaslı
-
Art02:22
Həsənağa Turabovun xanımı VƏFAT ETDİ - FOTO
-
MDB01:21
Təyyarədə İNANILMAZ HADİSƏ - Bu dəfə körpə dünyaya göz açdı
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verə bilər ki...
-
Dünya28 Yanvar 23:24
Bu hava limanında təyyarə od tutub yandı - VİDEO
-
Hadisə28 Yanvar 22:48
Ağır qəzada həlak olan vəzifəli şəxsin FOTOSU
-
ABŞ28 Yanvar 22:36
Melaniya Tramp yeni imici ilə TƏƏCCÜBLƏNDİRDİ - FOTO
-
Magazin128 Yanvar 22:24
"Avroviziya 2025" mahnımız bu tarixdə TƏQDİM OLUNACAQ
-
Hadisə28 Yanvar 21:48
İslam Qəriblinin biznesmen oğlunun meyiti TAPILDI - Üzərində külli miqdarda PUL OLUB