Yaşı 18-dən az olanlar sosial şəbəkələrə girə bilməyəcəklər
Bizi izləyin

Dünya

Yaşı 18-dən az olanlar sosial şəbəkələrə girə bilməyəcəklər

İndoneziya uşaqların sosial mediaya çıxışını məhdudlaşdırmağı planlaşdırır.

Publika.az xəbər verir ki, bu barədə ANTARA xəbər agentliyi ölkənin rabitə və rəqəmsal texnologiyalar naziri Meutya Hafidə istinadla məlumat yayıb.

İdarə rəisi rəqəmsal məkanda uşaqların müdafiəsi ilə bağlı məhdudiyyətləri nəzərdən keçirəcək xüsusi qrupun yaradılması haqqında fərman imzalayıb. Qrup məmurlar, alimlər, müəllimlər, psixoloqlar və sosial işçilərdən ibarətdir.

Hafidin sözlərinə görə, İndoneziya Prezidenti Prabowo Subianto şəxsən rəqəmsal məkanda uşaqların müdafiəsi ilə bağlı tənzimləmənin bir-iki ay ərzində tamamlanmasını əmr edib.

Yetkinlik yaşına çatmayanların sosial şəbəkələrə girişinin məhdudlaşdırılması ilk növbədə uşaqlar arasında pornoqrafik materialların dövriyyəsini məhdudlaşdırmaq məqsədi daşıyır.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm