Ançelotti üsyan etdi: O, meydandan qovulmalı idi
Bizi izləyin

İdman

Ançelotti üsyan etdi: O, meydandan qovulmalı idi

“Real”ın baş məşqçisi Karlo Ançelotti İspaniya çempionatının 22-ci turunda “Espanyol”a məğlubiyyəti (0:1) şərh edib.

Publika.az xəbər verir ki, o, hakimlikdən narazılıq edib:

“Hakim və VAR-ın Mbappeyə qarşı edilən kobudluğa görə Romeroya qırmızı vərəqə verməmək qərarı anlaşılmazdır. Ən əsası oyunçunu qorumaqdır və bu, açıq-aydın faul, zədə riski olan həqiqətən kobud mübarizə idi. Xoşbəxtlikdən heç bir xəsarət olmadı, amma risk var idi. Bunun üçün VAR da var. Qırmızı vərəqə göstərməmək qərarını izaholunmaz hesab edirik.

Çətin, çətin oyun idi. Bəzi işləri yaxşı bacardıq, oyuna yaxşı nəzarət etdik, xüsusən də ikinci hissədə. Qolumuz alınmadı, dirəyə dəyən top oldu və qapıya 20 zərbə vurduq. Oyun nəzarət altında olsa da, əks-hücumlarda əla olan “Espanyol” bizi ehtiyatsız yaxaladı və qol vurdu. Onlar istədikləri oyunu əldə etdilər”.

Madrid klubu (49 xal) La Liqada liderliyini davam etdirir. “Espanyol” isə (23) turnir cədvəlində 17-ci pilləyə yüksəlib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm