Polşa Ukraynaya əsgər göndərəcək? - Nazirdən açıqlama
Bizi izləyin

Dünya

Polşa Ukraynaya əsgər göndərəcək? - Nazirdən açıqlama

Ukraynaya Polşa qoşunlarının göndərilməsini təsəvvür belə edə bilmirəm.

Publika.az xəbər verir ki, bunu Polşanın milli müdafiə naziri Vladislav Kosiniyak-Kamış deyib.

"Belə bir vəziyyəti təsəvvür etmək çətindir. Biz belə bir ssenariyə hazırlaşmırıq", - deyə müdafiə naziri qeyd edib.

Bununla belə, nazir onu da bildirib ki, Ukraynanın təhlükəsizliyi ABŞ və Avropa İttifaqının investisiyaları ilə təmin edilə bilər:

"Bu, təhlükəsizliyin ən yaxşı təminatı olardı".

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm