ABŞ
Mask “super güc”lər üçün görün harada ÇARPAYILAR QURAŞDIRIB
ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri milyarder İlon Mask Ağ Evin yaxınlığındakı Personal İdarəetmə İdarəsinin qərargahında özü və ən yaxın tabeliyində olan şəxslər üçün çarpayılar quraşdırıb.
Publika.az xəbər verir ki, bu barədə "New York Times" öz mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki. çarpayılar Vaşinqtonda Ağ Evdən bir neçə blok aralıda yerləşən binada quraşdırılıb - Mask bunu həftə sonları da daxil olmaqla gec saatlara qədər çox işləmək zərurəti ilə əsaslandırıb. Mask həftənin yeddi günü işləmək vərdişini “super güc” adlandırır.
Daha əvvəl CNN Ağ Evin adı açıqlanmayan rəsmisinə istinadən xəbər vermişdi ki, "SpaceX" və "Tesla" şirkətlərinin qurucusu milyarder, ABŞ prezidenti Donald Trampın tərəfdarı İlon Mask indiki administrasiya tərəfindən “xüsusi dövlət işçisi” təyin edilib.
Bu mövqenin şəxsi maliyyə məlumatlarının açıqlanması üçün ABŞ prezident administrasiyasının adi işçilərindən tələb olunanlardan daha çevik qaydaları nəzərdə tutduğu vurğulanır.
Hüseyn İbadlı
-
İqtisadi gündəm21:36
Qızılın qiymətləri rekord həddə çatdı
-
Hadisə21:25
Bakıda şübhəli əşya HƏYƏCAN YAŞATDI - FOTO/VİDEO
-
Nida Xəbər 21:15
Rusiyanın yalanı üzə çıxdı - 8 dəqiqə sonra olubmuş
-
Magazin120:36
Azərbaycanı “Avroviziya 2025”də onlar təmsil edəcəklər
-
Magazin119:12
İDDİA: “İTV Avroviziyaya “Mamagama”nı göndərir” - VİDEO
-
Rəsmi xronika15:48
Prezident fərman imzaladı
-
İqtisadi gündəm14:32
Bu şəxslərə 15 min manat veriləcək - RƏSMİ
-
Kriminal14:14
Goranboyda biabırçılıq: İşləməyə gələn 21 yaşlı qızın başına oyun açdılar - ŞOK TƏFƏRRÜAT