Dünya
Çinlə savaş qaçılmaz olacaq: ABŞ bu proqramı bloklamağa hazırlaşır

Çinin süni intellekt proqramı “DeepSeek” ABŞ-da ən çox yüklənən proqram olub.
Publika.az xəbər verir ki, “DeepSeek” süni intellekt proqramı texnologiya sahəsində qlobal tarazlığı pozub.
Çinli politoloq professor Honq Youşenin fikrincə, ABŞ qlobal ticarət qanunlarından yan keçə və proqramı əngəlləyə bilər:
“Çin Xalq Respublikasının biznes və istehsal modeli son 25 ildə köklü dəyişikliklər edib. Çin indi hər sahədə, daha çox qlobal miqyasda dünyanın ən yaxşı məhsullarını istehsal edə bilən ölkədir. Bura xarici investisiyalar, elmi-tədqiqat, habelə dövlət tərəfindən dəstəklənən və qrant yardımı alan investisiya sahələri daxildir. Çin həm də dünyanın üç ən böyük startap ölkəsindən birinə çevrilib, bu vəziyyət qlobal bazar hesabatlarında əksini tapmayıb. Özəl sektorun ölkənin daxili bazarına təsiri son 10 ildə dövlət tərəfindən dəstəklənən təşəbbüsləri çoxdan üstələyib. Dünyada ən çox akademik məqalələr Çində yazılır. Bu illər ərzində intensiv sənaye, akademik və kommersiya səyləri nəticəsində ortaya çıxan inkişafların yalnız dövlət tərəfindən dəstəkləndiyini söyləmək mümkün deyil”.
Professor iddia edir ki, ABŞ prezidenti Donald Tramp beynəlxalq ticarət qanunlarını poza və “DeepSeek” proqramına qarşı tədbirlər görə bilər. Bu da gələcəkdə süni intellektlə baş verə biləcək müharibəyə səbəb ola bilər.
Aysel Şahmar

-
Dünya16:42
Rusiya və ABŞ bu məsələdə razılaşdı - TƏCİLİ
-
Magazin116:36
Tolik Röyadan yazdı: “Çuşka yığını...” - VİDEO
-
İKT16:18
Fırıldaqçıların tələsinə düşməmək üçün telefondan bu proqramları silin!
-
Rəsmi xronika16:01
İlham Əliyev “Ağdam Residence” yaşayış kompleksində yaradılan şəraitlə tanış oldu - YENİLƏNDİ
-
Nida Xəbər 15:36
Akif Qurbanov “Toplum TV”nin fəaliyyətinə birbaşa rəhbərlik edib
-
Dünya14:36
"Uşaq masası": Ukrayna danışıqlarında Avropanın yeri - Almaniyadan ŞƏRH
-
İdman12:26
DÇ-2022-nin ən seksual azarkeşi indi də bu şəhəri fəth edir - FOTOLAR
-
Rəsmi xronika12:04
İlham Əliyev yenidən MOK-un prezidenti seçildi