Dünya
İş adamının oğlu barda qız üstündə qətl törətdi
Tanınmış iş adamının oğlu barda qız üstündə mübahisə edib və nəticədə ağır qətl hadisəsi törədib.
Publika.az Türkiyə mediasına istnadən xəbər verir ki, olay Ədirnə şəhərində qeydə alınıb.
Bildirilir ki, Tarixi Qırxpınar Güləşləri Birliyinin sabiq rəhbəri, iş adamı Mustafa Altunxanın 25 yaşlı oğlu V.Altunxan barda qız üstündə dava salıb. Mübahisə zəminində o, Ankarada «Kürd Əhməd» adı ilə tanınan Əhməd Turqutun qardaşı oğlu 26 yaşlı Ömər Turqutu barın tualetində tapança ilə başına bir dəfə atəş açmaqla qətlə yetirib. Bundan sonra barda ciddi çaxnaşma yaranıb. Vəziyyətdən istifadə edən biznesmenin oğlu V.Altunxan avtomobilinə minirək hadisə yerini tərk edib.
Hadisə gecə saatlarında Trakya Universitetinin yataqxanasında 1-ci Murad məhəlləsi, Zübeydə xanım prospektində, spirtli içki firması tərəfindən yenidən təşkil edilərək, «Bu küçədə həyat var» kafe və barlar küçəsindəki «Fly Pub» adlı barda baş verib.
Belə ki, bara əylənməyə gələn iş adamı Mustafa Altunxanın oğlu V.Altunxan ilə Həmzəbəyli Sərhəd Qapısı Gömrük və Turizm müəssisəsində rəhbər vəzifədə çalışan Ömər Turqut arasında qız üstündə dava düşüb.
İddia olunur ki, V.Altunxan Ömər Turqutla arasında yaranmış məsələni həll etmək adı ilə onu barın tualetinə aparıb və orada başından güllələyib. Hadisədən bir qədər sonra bara gələn polis və təcili yardım əməkdaşları Ömər Turqutun öldüyünü müəyyənləşdiriblər.
Prokurorluq və polis orqanlarının araşdırmalarından sonra Ömər Turqutun cəsədi yarılmaq üçün Trakya Universiteti tibb fakültəsi xəstəxanası meyitxanasına aparılıb. Qeyd edək ki, mübahisə anı anbaan təhlükəsizlik kameralarında öz əksini tapıb. Polis şübhəli şəxs qismində barəsində axtarış elan olunan V.Altunxanun tapılması ilə bağlı müvafiq tədbirlərə başlayıb.
Vazeh
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO
-
Sosial2 May 19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...
-
Sosial2 May 18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO