Şahın oğlu da Obamanı tənqid etdi
Bizi izləyin

Dünya

Şahın oğlu da Obamanı tənqid etdi

Sonuncu İran şahının oğlu Rza Pəhləvi İsraildən İran müxalifətinə yardım etməsini istəyib.

Publika.Az-ın məlumatına görə, İsrailin “Yerusalem Post” qəzetinə müsahibəsində Rza Pəhləvi İranın dini lideri Seyid Əli Xamneyini insanlıq əleyhinə cinayət törətdiyi üçün Beynəlxalq Məhkəməyə verdiyini deyib.

Oğul Pəhləvi Hollandiya səfəri çərçivəsində verdiyi açıqlamada ABŞ prezidenti Barak Obamanın İran məsələsindəki mövqeyini sərt tənqid edib.

İran rejimini devirmək üçün mühacirətdə yeni müxalifət hərəkatı yaradacağını deyən Rza Pəhləvi atasının hakimiyyəti zamanında bəzi siyasətin yanlış olduğunu da etiraf edib.

Ağ Evin əvvələr də sistemli səhvlər etdiyini deyən şah oğlu, Barak Obamanın da bu səhvləri təkrarladığını deyib:

“Barak Obama sadəcə Corc Buş olmadığını sübut etmək üçün İran rejimi ilə danışmağa çox həvəslidir. Bu, problemi həll edə bilməz. İran xalqı yardım istədiyi bir vaxtda Obama Xamneyi ilə danışa biləcəyini göstərməyə çalışır. Bu 197-cu ildəki Jimmi Karterin düşüncəsi idi və 2012-ci ildə də bu düşüncə davam edir”.

Anar Əhmədov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm