Ermənipərəst konqresmenlər Klintona məktub yolladılar
Bizi izləyin

Dünya

Ermənipərəst konqresmenlər Klintona məktub yolladılar

Bir neçə ABŞ konqresmeni dünən Azərbaycan ordusu tərəfindən zərərsizləşdirilmiş erməni təxribatçı dəstələri ilə bağlı çıxış ediblər.

Publika.Az-ın məlumatına görə, konqresmenlər Adam Şiff, Bred Şerman, Nümayəndələr Palatasının komissiya üzvü Hovard Berman və Frank Palloun Cənubi Qafqazda səfərdə olan ABŞ dövlət katibi Hillari Klintona məktub ünvanlayıblar.

Bu barədə ABŞ-Erməni Milli Konqresi məlumat yayıb.

Konqresmenlərin birgə bəyanatında qeyd olunub ki, Klinton Bakıya səfəri zamanı hadisə ilə bağlı prezident İlham Əliyev qarşısında məsələ qaldırmalı və Azərbaycana silah satışını dayandırmalıdır.

Konqresmenlər Klintona Azərbaycana yardımları qadağan edən 907-ci düzəlişi xatırladıblar.

Adam Şiff bildirib ki, Azərbaycanın sonuncu təxribatı Bakının militarist addımlarından irəli gəlir və buna son qoyulmalıdır.

Bredd Şerman isə qeyd edib ki, azərbaycanlıların hücumu dövlət katibinin regiona səfəri ilə əlaqəlidir və Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesinə qarşı yönəlib:

"Biz Ermənistanı blokadada saxladığı və Dağlıq Qarabağa hücum etdiyi müddət ərzində Azərbaycana kömək edə bilmərik".

Anar Əhmədov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm