Sarkozi qayıtdı
Bizi izləyin

Dünya

Sarkozi qayıtdı

Fransada prezident seçkilərində məğlub olan Nikolya Sarkozi arvadı Karla Bruni ilə 17 günlük Mərakeş tətilindən sonra Parisdə yeni açdığı bürosunda fəaliyyətə başlayıb.

Publika.Az-ın məlumatına görə, şəhərin mərkəzində lüks bir ofis kirayə tutan Sarkozi iqtisadçı dostu Alen Minklə görüşüb.

Keçmiş daxili işlər naziri Bris Hortefö ötən həftə mətbuata açıqlamasında Sarkozinin bir müddət siyasətdən uzaq qalacağını bildirmişdi.

Fransa mətbuatı ixtisası vəkil olan Sarkozinin gələcəkdə nə ilə məşğul olacağı ilə bağlı qeyri-dəqiq məlumata malik olduğuqlarını bildirib.

Fransa qanunlarına görə, 57 yaşlı Sarkozi Konstitusiya şurasının üzvü kimi işləmək hüququna sahibdir.

Anar Əhmədov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm