Dünya
Avropa çətin mübarizə ilə üz-üzə: Yeni dünya nizamının liderləri bu ölkələr olacaq
Yeni dünya nizamına üç ölkə rəhbərlik edəcək: Rusiya, Amerika Birləşmiş Ştatları və Çin. Uzun müddətdir ki, inkişaf etməyən Avropa lider mövqeləri uğrunda sərt mübarizə aparır.
Publika.az xəbər verir ki, bu barədə Argentina prezidenti Xavyer Miley “Radio Neura”-ya müsahibəsində bildirib.
Dövlət başçısının sözlərinə görə, bütün dünya gözümüzün önündə yenidən qurulur və İkinci Dünya müharibəsinin başa çatmasından bəri bildiyimiz dünya nizamı artıq ölüb. Siyasətçi yeni dünyaya rəhbərlik edəcək ölkələrin də adını çəkib.
"ABŞ Amerikaya, Rusiya Avrasiyaya, Çin isə Rusiyanın tabeliyində olmayan Asiyanın bir hissəsinə rəhbərlik edir. Avropa çətin mübarizə aparır, o, vahiməyə qalib gəlməlidir. Çünki Avropa çox uzun müddətdir ki, inkişaf etməyib", - Xavyer Miley qeyd edib.
Xatırladaq ki, bundan əvvəl Rusiya prezidenti Vladimir Putin bəyan etmişdi ki, dünyada planetin müxtəlifliyini əks etdirən yeni nizam formalaşır və bu prosesləri dayandırmaq olmaz. Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, hazırda demokratik çoxqütblü dünya nizamının formalaşması gündəmdədir. Nazirin sözlərinə görə, daha ədalətli və dayanıqlı dünya nizamı hər kəsin gözü önündə gedir.
Akqabay
-
Qoroskop00:45Sentyabrın ilk günündə bürcləri nələr gözləyir?
-
Ekologiya31 Avqust 20:12Bakı və Abşeron yarımadasında dolu yağacaq - Xəbərdarlıq
-
Nida Təhlil 31 Avqust 19:20Əliyevlə Paşinyan Bişkekdə nələri razılaşdırdı? - Detallar
-
Rəsmi xronika31 Avqust 19:05Əliyev, Ərdoğan, Mirziyoyev və Pezeşkian Bişkekdə bir araya gəldilər - Foto
-
İqtisadi gündəm31 Avqust 17:44Azərbaycanda əmanətlər niyə sürətlə artır? - İqtisadçı 3 səbəbi AÇIQLADI
-
Region31 Avqust 16:18Mirzoyan diplomatları da götürüb Türkiyə ilə sərhədə getdi
-
Sağlamlıq31 Avqust 14:30"Paxmel"dən sonra nə yemək lazımdır? - Həkim tövsiyəsi
-
Dünya31 Avqust 14:00CIA direktorunun Moskvaya gizli səfəri: Trampın Rusiya ilə bağlı planı üzə çıxdı























.jpg)












