Dünya
İstanbul təhlükədə: 7 baldan güclü zəlzələ olacaq - Riskli bölgələrin siyahısı
İstanbulun Silivri sahillərində baş verən 6,2 bal gücündə zəlzələdən sonra böyük İstanbul zəlzələsi ilə bağlı müzakirələr geoloqların fikirlərini ikiyə bölüb. Mütəxəsisslərin bəziləri təhlükənin sovuşduğunu söyləyərkən, bəziləri isə zəlzələnin təsirlərinin davam edəcəyi bağlı xəbərdarlıqlar edirlər.
Publika.az xəbər verir ki, xəbərdarlıq edənlərdən biri də yapon zəlzələ mütəxəssisi Yoşinori Morivakidir.
O, təkanların gözlənilən böyük İstanbul zəlzələsi olmadığını, lakin risklərin hələ davam etdiyini vurğulayıb: "Risk Mərmərə və Silivri bölgələrində davam edir. Zəlzələnin nə vaxt baş verəcəyini bilmək mümkün deyil. Yeraltı təkanlar bir neçə gün davam edə bilər”.
Morivaki həmçinin ən çox risk altında olan bölgələrə diqqət çəkib: "Türkiyədə 50 faizdən çox qeyri-qanuni tikili var. 2000-ci ildən sonra tikilən binalarda təməl tədqiqatları aparılmalıdır. Avcılar, Bakırköy, Ataköy, Pendik və Kartal sahil zolağı kimi bölgələr risk altındadır”.
Türkiyəli mütəxəssis Şükrü Ersoy da qarşıdakı günlərdə yeni təkaların gözlənildiyini qeyd edib: "Bu zəlzələnin enerjisi böyük Mərmərə zəlzələsinin yalnız 32-də bir hissəsidir. Böyük zəlzələ ehtimalı hələ də qalmaqdadır".
Professor Naci Görür isə “zəlzələyə davamlı şəhər” anlayışının qəbul edilməsi gərəkdiyini vurğulayıb: “Zəlzələlər olanda deyil, olmadıqda danışılmalıdır. Hökumətin, bələdiyyənin və vətəndaşların birlikdə hərəkət etməsi lazımdır. Bunlar Mərmərədə gözlədiyimiz böyük zəlzələlər deyil. Burada əsl zəlzələ daha böyük, yəni 7 baldan yuxarı olacaq".
Roza
-
Hadisə03:43Astarada ağır qəza: ölən və xəsarət alanlar var
-
Avropa03:16Macar Baş nazirin üzərinə şərab atıldı - ANBAAN VİDEO
-
Region02:42İran yeddi şərt irəli sürdü - “ABŞ-ın qəbul etməkdən başqa yolu yoxdur”
-
İdman01:41“Trabzonspor” “Qalatasaray”ı darmadağın etdi
-
Region01:11Türkiyə münaqişə tərəflərindən hansı cavabı gözləyir? - Fidan AÇIQLADI
-
Qoroskop00:45Günün ULDUZ FALI - Qəti qərarlar verməkdən çəkinin
-
Avropa19 Sentyabr 23:36Corabları ilə Zelenskinin diqqətini yayındırdı - VİDEO
-
Magazin219 Sentyabr 22:4861 yaşlı Monika Belluççi dərin dekolteli libasda
























.jpg)



